Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Yanvar 2013 - №02

 

İngilis dili müəllimləri "British Council"-in elektron təhsil resurslarının istifadəsi üzrə təlimlərindən keçəcəklər

 

2013-cü ilin mart ayının sonunadək Bakı, Quba, Hacıqabul, Şamaxı və Lənkəran şəhərlərində işləyən 250 ingilis dili müəlliminın peşəkarlıq səviyyəsinin artırılması üzrə təlimlər keçiriləcəkdir. Təlimlər "Mədəd - Azərbaycan" təşkilatı tərəfindən "British Council" təşkilatının dəstəyi ilə "İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi" layihəsinın ikinci mərhələsi çərçivəsində təşkil olunacaqdır.

Layihənin əsas məqsədi ingilis dilinin tədrisində elektron tədris resurslarından istifadəni genişləndirməkdir. Təlimlərdə müəllimlər "British Council" tərəfindən təqdim olunmuş bir sıra elektron təhsil resursları ilə yaxından tanış olacaqlar.

Bununla yanaşı, təlimlərdə müəllimlərə "Microsoft. Təhsildə Əməkdaşlıq" İnternet şəbəkəsindən səmərəli istifadə etməklə onlayn müəllim icmalarının yaradılması üzrə praktik vərdişlər aşılanacaqdır. Nəticə etibarı ilə layihədən kənarda əməkdaşlıq çərçivəsində davamlı şəkildə elektron resurslarını sinif otaqlarında tətbiq edən müəllim qrupu formalaşacaqdır. 

Qeyd etmək lazımdır ki, 2012-ci ildə "İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində Bakı, Sumqayıt, Şirvan, Göyçay və Mingəçevir şəhərlərində işləyən 114 müəllim artıq analoji təlimlərdən keçmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov