Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Yanvar 2013 - №01

 

"Azərbaycan-Qarabağ"

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin elan etdiyi "Azərbaycan tarixi fənn aylığı" çərçivəsində 20 dekabr tarixində Xəzər rayonu 124 nömrəli tam orta məktəbdə "Azərbaycan-Qarabağ" adlı tədbir keçirildi. Tarix müəllimi Zülfiyyə Niftaliyevanın  IX "b" sinfi ilə hazırladığı tədbir məktəbin müəllim və şagird kollektivinin böyük marağına səbəb oldu.  

Ssenari, əsasən, Azərbaycan həqiqəti ilə erməni yalanının dialoqu əsasında hazırlanmışdı. Tariximizin müxtəlif dövrləri - Ağqoyunlu dövləti, Səfəvilər dövləti ilə bağlı səhnəciklər, vətənpərvərlik ruhlu şeirlər və  mahnılar dialoqda səslənən fikirləri canlı şəkildə tamaşaçıya çatdırırdı. Azərbaycanın  qədim tarixi olan Qarabağın keşməkeşli yoluna müxtəlif tarixi şəkillər, videogörüntülər vasitəsilə nəzər salınaraq Qarabağda erməni vandalizminin qurbanı olan tarixi abidələr, kəndlər, şəhərlər  göstərildi. "Sülh istəyiriksə, müharibəyə hazır olmalıyıq" (Azərbaycan əsgərinin öz nişanlısıyla söhbəti) adlı səhnəcik nümayiş olundu. Səhnəcik "Qarabağı xilas etməliyik"  harayı ilə coşub-daşan əsgərin monoloqu ilə başa çatdı. 

Mirzəcan Mövliyevin (V sinif)  "Segah" muğamı, Aydan Məhərrəmovanın (IX "b") "Sarı gəlin" mahnısı,  Ayda Yusifovanın (IX "b") "Qələbə" və digər ifalar tamaşaçıların fasiləsiz alqışlarına səbəb oldu.

Tarixin bir üzü var. Qalib olansa gec-tez həqiqət olur! Azərbaycan həqiqəti ilə erməni yalanının dialoqu tədbirin sonunda erməni yalanının ifşası, yalan rolunda çıxış edən şagirdin yıxılması ilə bitdi. Şagirdlər dünyada erməni yalanının nə qədər tüğyan etməsinə baxmayaraq, Azərbaycan həqiqətinin bu mübarizədə öz sözünü deyəcəyinə əmin olduqlarını bildirdilər. 

Arizə MAHMUDOVA,
Bakıdakı 124 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov