"Azərbaycan tarixi fənn aylığı" ilə əlaqədar 283 nömrəli
tam orta məktəbdə də bir sıra tədbirlər keçirilib.
Məktəbdə Azərbaycan tarixinin müxtəlif dövrlərini əks
etdirən plakatlar, divar qəzetləri, referatlar, dərs
nümunələri hazırlanıb.
Həmçinin aylıq çərçivəsində şagirdlərin tarixi
hadisələr, şəxsiyyətlər və abidələrlə bağlı çəkdikləri
rəsm nümunələri məktəbin dəhlizində nümayiş etdirilib.
Direktor Şükufə Axundova qonaqları tarix aylığı
çərçivəsində görülən işlərlə tanış etdi. Bildirdi ki,
məktəbdə informasiya-kommunikasiya texnologiyalarının
köməyi ilə fənn aylığı çərçivəsində bir sıra siniflərdə
"açıq dərs"lər keçirilir.
Direktor qonaqları tarix müəllimlərinin hazırladıqları
"açıq dərs"ləri dinləməyə dəvət etdi.
Tarix aylığı çərçivəsində Şəfiqə Quliyevanın VIII "ç"
sinfində "Ağqoyunlu dövləti", Əfsanə Abdullayevanın VIII
"a" sinfində "Azərbaycan tarixinin ədəbiyyatla
inteqrasiyası. XIII-XIV əsr Azərbaycan şairləri", Gülsüm
Abdullayevanın IX "c" sinfində "Azərbaycanda xanlıqların
yaranma tarixi" mövzularında "açıq dərs"ləri dinlənildi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodmərkəzinin
Binəqədi-Nəsimi rayonları üzrə metodik bölməsinin müdiri
Həvva Əsgərova və metodist Zabit Yunusov "açıq
dərs"lərin müzakirələrində müəllimlərin metodik
işlərini yüksək qiymətləndirərək onlara təklif və
tövsiyələrini verdilər.
Rəşad ZİYADOV |