Dekabrın 7-də Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyi ilə Naxçıvan Müəllimlər İnstitutunun birgə
planına əsasən bu təhsil ocağında məktəb
psixoloqlarının 60 saatlıq təkmilləşdirmə kursu təşkil
edilmişdir. Kursun davam etdiyi müddətdə "Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat Proqramı"
çərçivəsində məşğələlər keçirilmiş, psixoloqların
görəcəkləri işlərin nəzəri və praktik yönümləri elektron
lövhələrin köməyi ilə geniş şərh edilmişdir.
Məşğələlər başa çatdıqdan sonra müdavimlərə 264 adda
elektron formada metodik vəsait verilmişdir. Kursu
bitirən 21 nəfər müdavimə vəsiqələr təqdim olunmuş,
məşğələlərdə fəal iştirak edən bir qrup psixoloqa isə
kitab hədiyyə edilmişdir.
Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti |