ƏMR EDİRƏM:
1. 20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümünün
keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər
planı təsdiq edilsin (əlavə olunur).
2. Tədbirlər planına müvafiq olaraq bütün təhsil
müəssisələrində 10-18 yanvar tarixlərində Azərbaycanın
azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin
xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata
keçirilsin.
3. Yerli təhsili idarəetmə orqanlarının rəhbərləri
görülmüş işlər barədə 25 yanvar 2013-cü il tarixinədək
nazirliyə hesabat təqdim etsinlər.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan
müəllimi" qəzetində dərc etdirsin, tədbirlər planı ilə
birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirsin.
5. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planının
çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova
həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
7 yanvar 2013-cü il |