Nicat
Quliyevlə Yeni il ərəfəsində təhsil aldığı Bakıdakı 141
nömrəli tam orta məktəbdə tanış olduq. Öyrəndik ki, o,
2004-cü ildə Bakı şəhərində dünyaya göz açıb. 2010-cu
ildə birinci sinfə gedib. Hazırda da həmin məktəbin 3-cü
sinfində oxuyur. Nicat birinci sinifdə oxuduğu vaxtdan
da idmanın karate növü ilə məşğul olur. Onun
məşqçi-müəllimi qara kəmər ustası İlqar Hüseynovdur. O,
artıq üç ildir ki, "Kentavr" İdman Klubunda məşqlər
edir.
2011-ci il Nicat üçün daha uğurlu il olub. O, həmin ilin
mayında Türkiyənin İstanbul şəhərində BUDO üzrə
keçirilən dünya çempionatında uğurla çıxış edərək I yeri
tutub və dünya çempionu olub.
Nicat ölkəmizdə idman ili olan 2012-ci ildə Azərbaycanda
BUDO döyüş növü üzrə keçirilən yarışda da I yeri tutaraq
Azərbaycan Respublikası "Kyokuşinkaykan" (Macushima)
Kantakt Karate təşkilatının fəxri fərmanına və
mükafatına layiq görülüb.
N.Quliyevin arzusu isə cəmisi 2-3 gündən sonra
qarşılayacağımız yeni -2013-cü ildə keçiriləcək
yarışlarda uğurla çıxış edərək Avropa çempionu olmaqdır.
Biz də bu balaca çempiona daha böyük uğurlar diləyirik.
R.ZİYADOV |