Yeni
il ərəfəsində Bakı Qida Sənayesi Kollecində "Gənclərin
çağırışaqədərki hazırlığı və fiziki tərbiyə" fənn
birləşməsi çərçivəsində "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramına və Təhsil
Nazirliyinin "Zərərli vərdişlərə yox deyək" devizi
altında oğlanlar arasında pnevmatik tir yarışı
keçirilmişdir.
İlkin yarışlardan sonra ən çox xal yığan tələbələr
yüksək yerlər uğrunda mübarizə aparmışlar. 560-cı
qrupun tələbəsi Yusif Əsədli 42 xal toplayaraq birinci
yeri tutmuşdur. İkinci və üçüncü yerləri 560-cı və
561-ci qrupun tələbələri Təbriz Qədimov və Rahib
Mikayılov (41 xalla) tutmuşlar.
Qalib idmançılara Bakı Qida Sənayesi Kollecinin diplomu
verilmişdir.
Akif KƏRİMLİ, yazıçı-jurnalist |