Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sərgi
salonunda bu ali təhsil ocağının tələbələrinin
əsərlərindən ibarət "İşıq" adlı fotosərgi nümayiş olunub.
Tədbirdə iştirak edən akademiyanın prorektoru, xalq
rəssamı Səlhab Məmmədov, professor Validə Məmmədova
yaradıcılıq nümunələri sərgilənən tələbələri təbrik
edərək fotosərginin əhəmiyyətindən bəhs ediblər. Qeyd
olunub ki, tələbələrin əsərlərindən ibarət
fotosərginin təşkil edilməsi yaxın vaxtlarda yubileyini
qeyd edəcək akademiyanın bütün sahələr üzrə inkişafını
təsdiq edir. Əməkdar rəssam, akademiyanın dosenti Tahir
Məmmədovun rəhbərliyi ilə təşkil edilmiş fotosərgi ADRA-nın
fotoqrafiya sənəti üzrə fəaliyyətinin yalnız bir
hissəsini əks etdirir. Məqsəd istedadlı gənclərin,
həvəskar fotoqrafların tanınması ilə bərabər onların bu
peşəyə olan maraqlarını artırmaqdır. Fotosərgidə
tələbələrin müxtəlif mövzularda 160-dək yaradıcı işləri
nümayiş olunub.
Sifai SƏFƏROVA |