Bu günlərdə Lerik rayonunun ucqar dağ kəndi olan
Barzavuda yeni məktəb binasının açılış mərasimi
keçirilib. Tədbirdə məktəbin müəllim-şagird kollektivi
ilə yanaşı Lerik Rayon İcra Hakimiyyətinin başçısı
Rövşən Bagırov, rayon təhsil şöbəsinin müdiri Balaşirin
Nəsirov, ziyalılar, kənd sakinləri, valideynlər və digər
şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri
Balaşirin Nəsirov ikimərtəbəli 180 yerlik məktəbdə fənn
kabinetləri, kompüter otagı, laboratoriya, kitabxana,
idman və akt zalı olduğunu bildirib. Yeni tikilən
məktəbin müasir avadanlıqlarla təchiz olunduğunu qeyd
edən B.Nəsirov təhsil ocağında müasir istilik
sisteminin quraşdırıldığını da nəzərə çatdırıb.
Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyətinin
başçısı Rövşən Bağırov çıxış edərək əsası ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil
strategiyasının Azərbaycan Prezidenti cənab İlham Əliyev
tərəfindən uğurla həyata keçirildiyini, dövlətimizin
qayğısı sayəsində rayonda təhsilin maddi-texniki
bazasının sürətlə yeniləşdiyini, təhsildə keyfiyyət
dəyişikliklərinin baş verdiyini diqqətə çatdırıb.
Məktəbin rəsmi açılışını bildirən qırmızı lent
kəsildikdən sonra iştirakçılar təhsil ocağında
yaradılmış şəraitlə yaxından tanış olublar.
Niyazi RƏHİMOV |