Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

60 il bir məktəbdə

 

Müəllim əsil ziyalı deməkdir. Öz səksən üç   illik ömrünü şərəflə yaşayan, müəllim ömrünü şam kimi əridib gələcək nəsillərin həyat yoluna işıq salan belə ziyalılardan biri Ağsu rayonunun Kalva kənd orta məktəbində 60 il fəaliyyət göstərən Tərlan müəllimdir.

O, 60 ildir ki, Ağsu rayonundakı Kalva kənd orta məktəbində coğrafiya fənnini şagirdlərə böyük həvəslə tədris edib. Düz 60 ildir ki, Tərlan müəllim doğma kəndi Hacmanda iki kilometrlik yolu atla və piyada qət edərək şagirdlərə bilik öyrətməyə tələsib.

O, 1929-cu ildə Hacman kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1937-ci ildə Hacman kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuş, 1941-ci ildə həmin məktəbi bitirmişdir. 1941-ci ildə Kalva kənd orta məktəbinin V sinfinə daxil olmuş, 1946-cı ildə həmin məktəbi "əla" qiymətlərlə bitirmişdir. 1947-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) coğrafiya fakültəsinə daxil olmuş, 1951-ci ildə oranı bitirmişdir. 1951-ci ildə təyinatla Kalva orta məktəbinə göndərilmişdir.

İlk illərdə məktəbin ictimai işlərində fəal iştirak etmişdir. Belə ki, məktəb komsomol təşkilatının katibi (1952-1961-ci illər), məktəb ilk partiya təşkilatının  katibi (1961-1976-cı illər), rayon "Bilik" cəmiyyətinin məktəb üzrə qrup sədri kimi ictimai vəzifələri aparmışdır.

O öz sənətini çoxlarına sevdirib. Vaxtı ilə Tərlan müəllimdən dərs almış şagirdlərdən 35 nəfəri hazırda onunla çiyin-çiyinə çalışır, müxtəlif fənlərdən dərs deyirlər. Onun coğrafiya fənnini şagirdlərinə öyrətməsinin nəticəsidir ki, Robert və Rahib Səbzaliyev qardaşları, Balakişi Yazıyev və Əhmədağa Əhmədov APİ-nin coğrafiya fakültəsini bitirmişlər.

Tərlan müəllim şagirdlərinin geniş dünyagörüşə malik insanlar kimi yetişməsi üçün daim çalışır. O bu gün də əvvəlki kimi əzmlə maarifçilik yolunu davam etdirir. Dəfələrlə respublika səviyyəli konfransların iştirakçısı olub, maraqlı məruzələrlə çıxışlar edib.

Tərlan müəllimin əməyi həmişə yüksək qiymətləndirilib, səmərəli pedaqoji fəaliyyətinin 60 illiyi və anadan olmasının 80 illiyi münasibəti ilə  Ağsu Rayon Təhsil Şöbəsinin Fəxri fərmanı ilə təltif edilmişdir.

Həmçinin SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, "Qabaqcıl maarif xadimi" döş nişanı və s. təltiflərə layiq görülmüşdür. Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 03.10.2012-ci il tarixli qərarı ilə Ağsu rayonu Kalva kənd orta məktəbinin sabiq  coğrafiya  müəllimi Əmirov Tərlan Əmir oğlu gənc nəslin təlim-tərbiyəsi sahəsində 60 il səmərəli pedaqoji fəaliyyətinə görə və 5 oktyabr Beynəlxalq Müəllim günü münasibətilə Fəxri fərmanla təltif edilib.

Qocaman müəllim həm də böyük bir ailənin başçısıdır. 7 övlad böyüdüb tərbiyə edib.

Böyük oğlu Əfrasiyab ali təhsilli iqtisadçıdır. Hazırda Buzovna qəsəbəsində bələdiyyə sədrinin müavini vəzifəsində işləyir. Qızı Gülgün keçmiş S.Ə.Şirvani adına sovxozda uşaq bağçasının müdiri işləyib. Gülnar APİ-nin riyaziyyat fakültəsini bitirib, hazırda Şamaxı şəhər 6 nömrəli orta məktəbdə müəllim işləyir. Sünbül Bakıdakı texniki peşə məktəbində kulinar ixtisası üzrə təhsil alıb. Samara Avrasiya İnstitutunu bitirən Əfqan Binə hava limanında təyyarə mühəndisi vəzifəsində işləyir. Narınc ali təhsilli rus dili və ədəbiyyat müəllimidir. Kiçik qızı Gülbəniz ADPU-nin tarix fakültəsini bitirib, hazırda Göyçay rayonunun Qaraxıdır kənd  tam orta məktəbində müəllim işləyir. Buzovnadakı 26 nömrəli tam orta məktəbdə müəllim işləyən gəlini Sevil Əmirova və Azərbaycan  Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. İkinci gəlini Tərlanə Əmirova musiqi müəllimidir. Nəvəsi Əmirov Həsən Əfqan oğlu ADİU-nin tələbəsidir.

Tərlan müəllim işlədiyi müddətdə şagirdləri respublikamızın müxtəlif regionlarına - Şamaxı Astrofizika Rəsədxanasına, Şəki-Zaqatala, Gəncə-Göygöl dövlət qoruqlarına, Lənkəranda Həzi Aslanovun ev-muzeyinə, Xanbulan dəryaçasına, Bakının görməli yerlərinə, Bakı Neftayırma zavoduna, Funikulyora, Sumqayıt Boru Prokat zavoduna, Mingəçevir SES-ə və başqa yerlərə ekskursiyaya aparmışdır. 

Tərlan müəllimin şəxsi kitabxanasında 500-dən çox elmi coğrafi və bədii kitab vardır. Bu il  Tərlan müəllimin pedaqoji fəaliyyətinin 60 ili tamamdır.

O, doğma məktəbi, müəllim və şagird kollektivi ilə 2011-ci il mayın 31-də - son zəngdə sağollaşıb təqaüdə çıxmışdır.

Tərlan müəllimə həyatda uzun ömür  və  cansağlığı arzulayırıq.  

Tahir XASI,
Ağsu Rayon Təhsil Şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov