Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

5-ci sinif Azərbaycan dili dərsliyinin ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisindəki rolu

 

Azərbaycan dili ümumtəhsil məktəblərində tədris olunmaqla şagirdlərdə nitq mədəniyyətinin formalaşmasına xidmət edir. Şagirdlər bu fənnin vasitəsilə milli mədəniyyət nümunəsi kimi ana dilini öyrənir, onun səs sisteminə, lüğət ehtiyatına, üslubi-qrammatik xüsusiyyətlərinə yaxından bələd olur, elmi, bədii, publisistik və digər üslublarda yaradılmış ədəbiyyat nümunələri ilə tanış olmaq imkanı qazanırlar. Eyni zamanda, bu dildən istifadə edərək öyrənəcəkləri digər fənlərin daha yaxşı mənimsənilmə potensialını genişləndirirlər. Bu baxımdan dilin tədrisi üçün mükəmməl dərsliklər və metodik vəsaitlərin olması zəruridir. 

R.İsmayılov, D.Cəfərova, G.Xudiyeva, X.Qasımovanın həmmüəllifliyi ilə nəşr olunmuş V siniflər üçün "Azərbaycan dili" dərsliyinin "Şagird üçün vəsait"in və R.İsmayılov, A.Rüstəmova, D.Cəfərovanın həmmüəllifliyi ilə nəşr olunmuş  "Müəllim üçün metodik vəsait"in Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində dilin tədrisindəki rolu bu cəhətdən əvəzsizdir.

5-ci sinif "Azərbaycan dili" dərsliyi da məhz bu fənn üzrə məqsəd və vəzifələri müəyyənləşdirən və  ona doğru istiqamətlənmiş standartların reallaşması üçün zəruri fəaliyyətləri əhatə edən vəsaitdir. Dərslik hazırlanarkən şagirdlərin ehtiyac və tələbləri, potensial imkanları, meyil və maraqları nəzərə alınmışdır. Burada fənn üzrə ümumi təlim nəticələri, məzmun standartları, müəllim və şagird fəaliyyətinə aid texnologiyalar və qiymətləndirmə məsələləri əhatə edilmişdir.

Nəşr olunan dərslik təhsil standartlarında ifadə edilmiş bilik və bacarıqların reallaşdırılmasına xidmət edir. Standartların səviyyəsinin aşılmaması, dərsliyin lazımsız materiallarla yüklənməməsi vacib tələb kimi qarşıya qoyulmuşdur.

Şagirdləri fəaliyyətə sövq etməklə tətbiqi xarakter daşıması yeni dərsliyin əsas keyfiyyətlərindən hesab edilir, onlarda bacarıqları formalaşdıra bilmək imkanının olması üstün cəhət kimi dəyərləndirilir. Bunun üçün dərslikdə müxtəlif növlü çalışma və tapşırıqlardan istifadə edilmişdir. İnteqrativ bacarıqların inkişafına imkan yaratması, onu şəxsiyyətin ümumi keyfiyyətinə çevirməsi yeni dərsliyin xarakterik cəhətlərindən biri hesab edilməlidir. Bundan əlavə, dərslikdə şagirdlərin dünyagörüşünün formalaşdırılması da diqqət mərkəzində saxlanılmışdır.

5-ci sinif "Azərbaycan dili" dərsliyi təhsil prosesində müəllim-şagird fəaliyyətinin bütünlüklə təsəvvür olunmasını və üzvi şəkildə əlaqələndirilməsini tam təmin edir. Dərslik sayəsində təlim prosesində şagirdlərin müstəqilliyi və tətbiq bacarıqları genişlənir, potensialları ortaya çıxır.

Dərsliklə işləyən şagirdlərdə təlimə maraq güclənir, müstəqil axtarışlara meyil artır, yeni məlumatlar əldə etməyə həvəs formalaşır. Onların məntiqi, tənqidi və yaradıcı təfəkkürü inkişaf edir, zəruri həyati bacarıqları, tətbiqetmə vərdişləri formalaşır. Burada fəal təlimin bütün forma və üsulları ilə işləmək imkanının olması ondan praktik şəkildə istifadəni daha da asanlaşdırır. Didaktik və yaradıcı oyunlara yer verilməsi, məktəblilərin yaş xüsusiyyətlərinin nəzərə alınması dərsliyi daha da oxunaqlı edir.  

Dərslik komplekti hazırlanan zaman düzgünlük - mübahisəli faktların olmaması, təlim standartlarına uyğunluq, faktların dəqiqliyi, durğu işarələri, orfoqrafik, qrammatik qaydaların gözlənilməsi, əyanilik - şəkillər, illüstrasiyalar, sxemlər, qrafiklər, xəritələr, cədvəllərin olması, müasirlik - sosial-iqtisadi sahələrdəki nailiyyətlərin nəzərə alınması, təlim materiallarının müasir dünyagörüşün formalaşmasına istiqamətlənməsi, tamlıq - nəzəri məlumatlar, təsviri materiallar, praktik materiallar, qiymətləndirmə materiallarının yerləşdirilməsi kimi prinsiplər nəzərə alınmışdır.

Yeni dərslik şagirdləri oxumağa məcbur etmir, onlarda dərsə maraq yaradır. Bu da təlimin yüksək nəticə verməsinə, səmərəsinin artmasına gətirib çıxarır. Yeni dərsliklərin rəngarəngliyi, düşündürücü olması, tapşırıqların həyatla əlaqəli şəkildə verilməsi şagirddə müqayisə etmək, seçmək, fərqləndirmək, əlaqələndirmək bacarıqlarının formalaşmasına şərait yaradır.

Planlaşmadan qiymətləndirməyə qədər müəllimin bütün fəaliyyətini sistemli şəkildə əks etdirən bu dərsliyin məktəbdə tətbiqi müəllimin tədris fəaliyyətini tam istiqamətləndirir. Vəsaitdə aşağıdakı təkmilləşmələrin nəzərə alınması ilə onun müəllim və şagirdlər üçün daha da səmərəli olacağı ümidindəyəm.

Gələcəkdə dərslik təkmilləşdirilərkən milli-vətənpərvərlik ruhunda mövzular artırılarsa, şagirdlərin kommunikativ bacarıqlarının zənginləşdirilməsi ilə bağlı mövzular əlavə edilərsə, informasiya-kommunikasiya texnologiyalarının dil üzrə bacarıqların formalaşmasındakı rolu nəzərə alınarsa, dərsliyi müsbət qiymətləndirmək olar. 

Kifayət ƏLİYEVA,
S.C.Pişəvəri adına humanitar fənlər
təmayüllü gimnaziyanın müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov