Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

"Ən böyük mükafatım şagirdlərimin mənə olan məhəbbətidir"

 

 Hər  dəfə "müəllim" kəlməsini işlədərkən yadımıza, ilk növbədə, ən yaxşı, ən sevimli müəllimlərimiz düşür.  Bu gün belə müəllimlərdən biri də   1974-cü ildən bu günə kimi İmişli rayonu Qaralar kənd orta məktəbində rus dili müəllimi işləyən Yusif Mayılovdur. Öz peşəsinin vurğunu olan Yusif müəllim  onu tanıyanlar arasında böyük hörmət sahibidir. Yüsif müəllimin dərs dediyi  şagirdlər   öz müəllimlərini heç vaxt unutmurlar. Tez-tez məktəbə gəlib  müəllimlərinə baş çəkirlər. Yusif müəllim deyir ki, mənim həyatda ən böyük mükafatım şagirdlərimin mənə olan məhəbbətidir.

Yusif müəllim hər il olduğu kimi, bu il də  yanvarın 1-də 65 yaşını  qeyd etməyə  hazırlaşır. Deyir ki, həmin gün  məni təbrik edənlər ən çox şagirdlərim olur.

Ad günündə  onu təbrik edənlərə  biz də qoşuluruq. Yusif müəllimə ən şirin nemət olan cansağlığı,  pedaqoji fəaliyyətində uğurlar  arzulayırıq.   

Ş.DAYANDUROĞLU

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov