Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

"Tariximiz-dünənimiz, bu günümüz və gələcəyimizdir"

 

Bu günlərdə Bakıdakı M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə "Tariximiz - dünənimiz, bu günümüz və gələcəyimizdir" mövzusunda "Azərbaycan tarixi fənn aylığı"nın yekununa həsr olunmuş tədbir keçirildi.

Mərasimdə iştirak edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov, VMA-nın icraçı direktoru Təranə Şərifova və digər qonaqlar öncə şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Sonra xor kollektivinin ifasında dövlətin və məktəbin himnləri səsləndi. Tədbiri açıq elan edən aparıcılar sözü məktəbin direktoru, əməkdar müəllim Vaqif Hüseynliyə verdilər. Vaqif müəllim son dövrlərdə məktəbdə görülən işlər, qazanılmış uğurlar və perspektiv planlardan danışdı.

"Azərbaycan tarixi fənn aylığı"nın əhəmiyyətini qeyd edən direktor fəal müəllimlərin təşkil etdikləri "açıq dərs"lərə, şagirdlərin bilik və bacarığına xüsusi diqqət çəkdi.

"Koroğlu" operasının üverturasının müşayiətilə Azərbaycanın tarixi haqqında süjet göstərildikdən sonra məktəblilər mövzu ilə bağlı geniş məlumat verdilər. Onlar vətənpərvərliyi tərənnüm edən şeir, rəqs, mahnı və səhnəciklər təqdim edərək tarixi hadisələri canlandırdılar.

Şagirdlər xüsusilə qeyd etdilər ki, Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən demokratik, qabaqcıl ölkələrinin qanunları ilə səsləşir. Vətənin, millətin, bütün vətəndaşların keşiyində duran, müstəqilliyimizin təminatçısı olan Prezidentimiz var. Siyasət dünyasının zirvəsini fəth edən və müstəqil dövlətin ay-ulduzlu bayrağını bu zirvəyə qaldıran dahi siyasətçi Heydər Əliyevin yolu ilə gedir Azərbaycan!

Məktəblilər çıxışlarında onu da diqqətə çəkdilər ki, Qarabağımızın şəhər və kəndləri yağı tapdağındadır. Bu döyüşlərdə xalqımızın igid oğul və qızları canlarını qurban veriblər. Onların arasında məktəbin yetirmələri, Azərbaycanın Milli Qəhrəmanları Salatın Əsgərova və Təbriz Xəlilbəyli də var. Əgər baş komandan Qarabağ torpaqlarının müharibə yolu ilə azad olunmasına dair fərman versə, o zaman Müşfiq dühalı, Müşfiq ünvanlı, Müşfiq nəfəsli məktəbin yetirmələri  bu çağırışa böyük ruh yüksəkliyi ilə qoşulacaq. Qarabağı ermənilərin işğalından azad edəcəkdir.

Sonra "Əsgər marşı"nın sədaları altında hərbi paltar geyinmiş oğlanlar səhnəyə daxil oldular.

Mərasimdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirdi ki, bu gün doğma Azərbaycanımızda sabitlikdir. Əmin-amanlığımız artıb, bunlar dünənki qətiyyətin, dövlətimizin möhkəmləndirilməsinin nəticəsidir. Respublikamızın beynəlxalq aləmdə şöhrəti durmadan artır. Bunun üçün biz ulu öndərimizin layiqli davamçısı İlham Əliyev cənablarına minnətdarıq. Dövlət başçısının bütün sahələrə, xüsusilə təhsilə göstərdiyi qayğını önə çəkən İbrahim müəllim yenidən qurulan 18 nömrəli tam orta məktəbi bariz nümunə kimi qeyd etdi. "Tariximiz-dünənimiz, bu günümüz və gələcəyimizdir" mövzusunda "Azərbaycan tarixi fənn aylığı"nın yekununa həsr olunmuş tədbiri yüksək qiymətləndirən icra başçısı fəal müəllim və şagirdlərə, xüsusilə məktəbin direktoru Vaqif Hüseynliyə minnətdarlığını bildirdi.

Sonra müxtəlif nominasiyalar üzrə müsabiqələrin qaliblərinə sertifikatlar təqdim olundu. Məktəbin uğurlarının daha da artırılmasının vacibliyinə toxunan icra başçısı sonda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə iştirakçıları təbrik etdi.  

Fazil İDRİSOĞLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov