Dekabrın
25-də 18 nömrəli Bakı Peşə Liseyində Azərbaycan
Respublikası Vergilər və Təhsil nazirliklərinin birgə
təşkilatçılığı ilə ilk vergi tədris otağının açılış
mərasimi oldu.
Mərasimi vergilər nazirinin müşaviri Ələkbər Məmmədov
açaraq yeni layihəyə 18 nömrəli Bakı Peşə Liseyində
ilk vergi tədris otağının yaradılması ilə başlanıldığını
bildirdi.
Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsinin
müdiri Namiq Məmmədov 18 nömrəli Bakı Peşə Liseyində
vergi tədris otağının yaradılmasını yüksək
qiymətləndirdi və liseyin pedaqoji kollektivini bu
münasibətlə təbrik etdi. Bildirildi ki, vergi tədris
otağı lisey tələbələrinin bilik səviyyələrinin
artırılmasında önəmli rol oynayacaq. Gələcəkdə digər
peşə təhsili müəssisələrində də belə otaqların
yaradılmasının vacibliyindən söz açıldı.
Açılış mərasimində Vergilər Nazirliyinin Vergi
Ödəyicilərinə Xidmət İdarəsinin rəisi Elçin Məmmədov bu
sahədə görülən işlərdən və həyata keçirilən
tədbirlərdən danışdı.
Sonda 18 nömrəli Bakı Peşə Liseyinin müəllimləri Tofiq
Məmmədov,Yaqut Qəhrəmanova və başqaları liseydə ilk
vergi tədris otağının yaradılmasına görə Vergilər və
Təhsil nazirliklərinin rəhbərliklərinə
minnətdarlıqlarını bildirdilər.
Şakir CƏFƏROV
|