Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

Vətən tarixinin daha dərindən öyrənilməsinə xidmət edən tədbirlər

 

Məlum olduğu kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 21 noyabr 2012-ci il tarixli, 483 nömrəli əmri ilə paytaxtın ümumtəhsil müəssisələrində noyabrın 26-dan dekabrın 25-dək "Azərbaycan tarixi fənn aylığı" elan olunub. "Tariximiz - dünənimiz, bu günümüz və gələcəyimizdir" mövzusundakı aylıq çərçivəsində məktəblərdə tarix fənninin tədrisinin səmərəsini artırmağa xidmət edən bir sıra tədbirlərin keçirilməsi, ayrı-ayrı nominasiyalar üzrə müsabiqənin təşkili nəzərdə tutulmuşdur.

Paytaxtın digər təhsil ocaqları kimi, 204 nömrəli tam orta məktəbdə də əmrin icrası istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, məktəbin V-XI sinif şagirdləri aylığın mövzusu ilə əlaqədar divar qəzetləri, bülletenlər hazırlamış, IX sinif şagirdləri arasında Azərbaycan tarixi üzrə bilik yarışması keçirilmiş, qalib komandalar mükafatlandırılmışdır. Məktəbin tarix müəllimləri Yeganə Qurbanova VIII "c" sinfində "XII-XIV əsrlərdə elm. Nəsirəddin Tusi", Göyərçin Balıyeva VIII "d" sinfində "Qaraqoyunlu dövlətinin yaranması" mövzularında İKT-nin tətbiqi ilə "açıq dərs"lər aparmışlar. Bundan başqa, məktəbin fəal şagirdləri müxtəlif mövzularda referatlar hazırlamışlar.

Məktəbin aylıq çərçivəsində planlaşdırdığı tədbirlərə dekabrın 19-da "Tarix gecəsi"nin keçirilməsi ilə yekun vuruldu. Gecəni məktəbin direktoru Ziba Rzayeva açaraq belə tədbirlərin əhəmiyyətindən, aylıq çərçivəsində görülmüş işlərdən danışdı, tədbirlərdə fəal iştirak edən müəllim və şagirdlərə təşəkkür etdi. Çıxışında tariximizi yaxşı bilməyin əhəmiyyətini xüsusi vurğulayan direktor Azərbaycan  tarixinin tədqiqində, obyektiv araşdırılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib, Azərbaycanın zəngin, mübarizələrlə dolu tarixinin məhz ulu öndərin tövsiyə və tapşırıqları əsasında son illər yenidən obyektiv şəkildə yazıldığını, tariximizə diqqətin və qayğıkeş münasibətin müasir dövrümüzdə ölkə Prezidenti İlham Əliyev tərəfindən aparılan siyasətdə də mühüm yer tutduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu sahədə Heydər Əliyev Fondunun, onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardır. Məhz Mehriban xanımın təşəbbüsü və bilavasitə köməyi ilə Azərbaycanın milli tarixi dəyərləri, maddi mədəniyyət abidələri dünyada tanınır.

Z.Rzayeva habelə ulu öndərin tarixi bilməyin vətənpərvərlik tərbiyəsindəki böyük roluna xüsusi önəm verməsini, daim tariximizi dərindən öyrənməyi gənclərə, məktəblilərə tövsiyə etməsini də xatırladaraq şagirdləri hər zaman bu tövsiyələrə əməl etməyə səslədi.

Tarix müəllimi S.Əhmədova "Müstəqil azərbaycan dövlətinin tarixində azərbaycançılıq ideologiyası" mövzusunda məruzə ilə çıxış edərək azərbaycançılıq ideologiyasının mahiyyətindən, yaranma səbəblərindən, bu ideologiyanın dünyaya səpələnmiş bütün azərbaycanlıları öz ətrafında birləşdirmək qüvvəsinə malik olmasından söz açdı. Müasir  dövrümüzdə azərbaycançılıq ideologiyasının müəllifinin ulu öndər Heydər Əliyev olduğunu vurğulayan məruzəçi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunmasında, dünya azərbaycanlılarının tarixi vətənləri ilə sıx əlaqə saxlamasına nail olunmasında, ölkəmizin xaricdə diaspor təşkilatlarının yaradılmasında və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirdi, bu istiqamətdə aparılan siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini qeyd etdi.

Sonra meydan şagirdlərə verildi. VI "b" sinif şagirdləri xorla Dövlət himnimizi ifa etdilər. IX "c" sinif şagirdləri Könül Quluyeva, Mətləb İbrahimli, Ayşən İmanova, II "a" sinif şagirdi Abdulla Əhmədov, VI "b" sinif şagirdləri İsrail Vəlizadə, Ləman Babayeva, Aysu İsmayılova, Fuad Həsənli, Xəyalə Mustafayeva, X "d" sinif şagirdləri Aliyə Əlləzova, Aytac Qasımlı, IV "ç" sinif şagirdi Rövşanə Süleymanova Azərbaycana, müstəqilliyimizə, ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar ifa etdilər. V "a" sinif şagirdi Ayşə Məmmədovanın sazda ifa etdiyi musiqi nömrəsi, V "b" sinif şagirdi Elnur Məmmədovun ifa etdiyi milli rəqs tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Tədbirdə Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktoru Alik Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Fəttah Quliyev, idarənin Metodik Mərkəzinin Xətai - Suraxanı metodik bölməsinin metodistləri Lətafət Məmmədova, Gülsüm Həsənova və b. iştirak edirdilər.

Çıxış edən qonaqlar tədbiri yüksək qiymətləndirib onu hazırlayanlara təşəkkür etdilər.

Gecənin sonunda fərqlənən şagirdlər mükafatlandırıldı. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov