Mən
- Aslanzadə Nigar gənc müəlliməm. Bu il Təhsil
Nazirliyinin müəllimlərin işə qəbulu məqsədilə keçirdiyi
imtahanı uğurla verərək Bakı şəhər Sabunçu rayonu 188
nömrəli tam orta məktəbə kimya müəllimi qəbul olunmuşam.
Artıq 2012-ci ilin son günlərini yaşayırıq. 2012-ci il
mənim üçün böyük ümidlərlə başlamışdı. Müəllimlərin işə
qəbulunun imtahanla həyata keçirildiyini bildiyim və öz
potensialıma bələd olduğum üçün il başlayanda ən böyük
ümidim və hədəfim Bakı şəhərində işə qəbul olunmaq idi.
Dövlətimizin öz vətəndaşlarının mənafeyinə yönəldilmiş
məqsədyönlü, planlı siyasətin bir hissəsini təşkil edən
müəllimlərin işə qəbulunun obyektiv şəkildə keçirilməsi
sayəsində iyul ayında imtahan verərək öz hədəfimə çatdım.
Mənimlə yanaşı bu il 188 nömrəli tam orta məktəbə daha 3
müəllim işə qəbul olunub.
Hazırda kimya, biologiya və həyat bilgisi fənnini tədris
edirəm. İşlədiyim kollektivin, rəhbərliyin yeni-gənc
müəllimlərə yanaşmasından, şagirdlərin təhsilə
marağından çox razıyam. Bu cür iş şəraiti isə təbii
olaraq peşəmə olan sevgimi, həvəsimi daha da artırır.
Qarşıdan yeni il gəlir. Yeni il yeni ümid, yeni hədəflər
deməkdir. Qarşıdakı il üçün hədəfim Təhsil Kurikulumu
üzrə təlim kurslarında təlimçi olmaqdır.
Biz təhsil işçiləri üçün təqvim ili bitməkdə olsa da,
tədris ili davam edir. Özüm də daxil olmaqla bütün
təhsil işçilərinə tədris ilinin uğurlu davamını və yeni
müvəffəqiyyətlər dolu təqvim ili arzulayıram.
Nigar ASLANZADƏ,
Bakıdakı 188 nömrəli tam orta məktəbin müəllimi
|