Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

Həyatımızda əlamətdar hadisələr çox olub

 

Artıq  2012-ci ilin  son günlərini yaşayırıq. Hər bir kəs, hər bir kollektiv ilin   sonunda   özünə   sual  verir:  "Ötən  il həyatımızda hansı  əlamətdar hadisələr olub?".

2012-ci il  201 nömrəli  tam  orta  məktəbin  həyatında uğurlu illərdən biri  olub. Belə  ki, il  ərzində  istər  tədrisdə, istərsə də müsabiqə  və  sərgilərdə, fənn olimpiadalarında  şagird  və  müəllim kollektivinin qazandığı müvəffəqiyyətlər çox olub. Ən böyük uğurumuz isə bu il məktəbimizin "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərindən olmasıdır.

Müəllimlərimiz  müasir  metodların  tətbiqi  ilə İKT  və MİMİO proqramları üzrə "açıq dərs"lər keçirmiş və metodiki biliklərini artırmaq üçün rayon və şəhər üzrə keçirilən müsabiqə və treninqlərdə iştirak etmişlər.

BŞTİ-nin   keçirdiyi fənn aylıqlarında məktəbimiz fərqlənmişdir. Fənn olimpiadalarında şagirdlərimiz fəal iştirak etmiş və XI sinif şagirdi Xəyal Məmmədov respublika turunda III nəticəni göstərmişdir.

2012-ci ilə şagirdlərin mənəvi-əxlaqi, vətənpərvərlik tərbiyəsində xüsusi əməyi olan Simuzər Ağamirzə qızı Əhmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.

Məktəbdə  təşkil  olunan  psixoloji  maarifləndirmə  işi şagirdlərin ümumi dünyagörüşünün inkişaf etdirilməsində mühüm rol oynayır.

İdman sahəsində də uğurlarımız 2012-ci ildə  yaddaqalan  olub. Belə ki, 2012-ci il "İdman ili" elan olunub. Məktəbin qızlardan ibarət "Fidan-201" futbol komandası müxtəlif klublar arasında keçirilən respublika çempionatında III yeri tutmuşdur. Qeyd edim  ki, "Fidan-201" komandası respublika çempionatında iştirak edən  yeganə məktəb komandasıdır.

Məktəbin  resurslarının - maddi-texniki  bazasının  zənginləşdirilməsi şagirdlərin uğurlarına da müsbət təsir göstərmişdir. Belə ki, məzunlarımızın ali məktəblərə qəbulu 2012-ci ildə yüksək nəticələrə gətirib çıxarmış və bu rəqəm 55,5 faiz olmuşdur.  Göründüyü  kimi,  2012-ci  il doğrudan da məktəbimiz üçün çox uğurlu olmuşdur.

Mən 201 nömrəli tam orta məktəbin kollektivi adından qarşıdan gələn 2013-cü  il və Dünya  Azərbaycanlılarının Həmrəylik Günü münasibətlə bütün təhsil işçilərini,  əziz  məktəbli  balalarımızı  təbrik  edir, onlara  gələcək  işlərində müvəffəqiyyətlər arzulayıram. Qoy 2013-cü il respublikamız üçün uğurlu illərdən biri olsun. 

Süsən SALMANOVA,
Bakıdakı 201 nömrəli tam orta məktəbin direktoru,
əməkdar müəllim

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov