Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

Türkiyə Respublikasının millət vəkili Qafqaz Universitetində olub

 

 Dekabrın 24-də Türkiyə Böyük Millət Məclisinin Zonquldağdan millət vəkili Köksal Toptan Azərbaycana 2 günlük  səfərə gəlmişdi.  Səfərdə məqsəd   Türkiyədə oxuyan tələbələrin təhsil almalarının 20 illiyi münasibəti ilə keçirilən tədbirdə iştirak etmək idi. Səfər zamanı   Köksal Toptan  Qafqaz Universitetini də ziyarət etdi. Bu münasibətlə universitetin akt zalında görüş keçirildi. Tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru, professor  Ahmet Saniç açdı və bu ali təhsil ocağının yaranmasından, fəaliyyətindən danışdı. Rektor bildirdi ki, 1993-cü ildən etibarən ümummilli lider  Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan universitetin ilk məzunları 1998-ci ildə olmuşdur.  2013-cü ildə isə Qafqaz Universiteti 15-ci  məzun ilini keçirəcək. A.Saniç həmçinin qeyd etdi ki, Türkiyə Böyük Millət Məclisinin Zonquldağdan olan millət vəkili Köksal Toptan artıq ikinci dəfədir Qafqaz Universitetində olur. Onun universitetə ilk gəlişi 2008-ci ilə təsadüf etmişdir. Həmin görüşdə Köksal Toptana Qafqaz Universitetinin  fəxri doktor adı və diplom təqdim olunmuşdur. Rektor  həmçinin bugünkü görüşün də universitet üçün çox əhəmiyyətli və yaddaqalan olacağına əmin olduğunu bildirdi.

Sonra Türkiyə Böyük Millət Məclisinin Zonquldağdan olan millət vəkili Köksal Toptan çıxış edərək yenidən Qafqaz Universitetində olmağından, tələbə və müəllim heyəti qarşısında çıxış etməsindən məmnunluğunu  ifadə etdi. O bildirdi ki, universitetin malik olduğu müasir maddi-texniki baza, inşa olunmuş yeni tədris binaları iki qardaş ölkə arasında elmi-mədəni körpü rolunu oynayan universitetin gələcəyi baxımından böyük əhəmiyyət daşıyır: "Qafqaz Universiteti iki ölkə arasındakı dostluq, qardaşlıq və birliyin nümunəsi, parlaq rəmzidir". K.Toptan çıxışı zamanı universitetin   inkişafı  üçün  hər  cür  qayğı və  diqqət  göstərən  Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevə minnətdar olduğunu  xüsusi vurğuladı. Son olaraq K.Toptan universitetin kollektivinə Azərbaycanın təhsil həyatına və iki qardaş ölkə arasındakı əlaqələrin inkişafına yeni-yeni töhfələr verməsini arzuladı.

Tədbirin sonunda "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən  Köksal Toptana xatirə plaketi və hədiyyə təqdim etdi.

Tədbirdə Türkiyə Böyük Millət Məclisinin Zonquldağdan millət vəkili Köksal Toptanın Qafqaz Universitetinə ilk səfərindən hazırlanmış film nümayiş olundu. Görüşdən sonra millət vəkili Köksal Toptan Qafqaz Universitetinin yeni istifadəyə verilmiş iqtisadiyyat fakültəsinin binası ilə tanış oldu. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov