Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

"Bütün zərərli vərdişlərə STOP" mövzusunda tədbir keçirilib

 

Dekabrın 24-də Azərbaycan Müəllimlər İnstitutunda "Bütün zərərli vərdişlərə STOP" başlığı altında birinci tədbir keçirildi. "Zərərli vərdişlərin profilaktikası" mövzusunda hazırlanmış tədbir institutun  mülki müdafiə, tibbi biliklərin əsasları və fiziki tərbiyə kafedrasının təşkilatçılığı ilə keçirildi. İnstitutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı tədbiri giriş sözü ilə açaraq mövzunun çox aktual olduğunu bildirdi. O, bu cür tədbirlərin formalaşan gənc nəslin zərərli vərdişlərin insana vurduğu ziyan, həmin vərdişlərdən qorunmanın yolları haqqında məlumatlandırılmasında əhəmiyyətli rolundan danışdı.

Rektor qeyd etdi ki, ardıcıl qəbul edilmiş bir sıra rəsmi sənədlər ölkəmizdə yetişməkdə olan gənc nəslin cəmiyyətin həyatında əhəmiyyətli yer tutduğunu, onlara göstərilən diqqət və qayğıdan xəbər verir. Bu gün sürətlə inkişaf edən Azərbaycanın müasir gəncləri həm təhsil, elm sahəsində, həm də ictimai işlərdə daha fəal olmalı, təhsil müəssisələrində fəaliyyət göstərən ictimai təşkilatlarda və elmi cəmiyyətlərin fəaliyyətində yaxından iştirak etməlidirlər. Bununla onlar həm özlərinə, həm də cəmiyyətə fayda verər, eyni zamanda pis əməllərdən uzaq olarlar.

Sonra III kurs tələbəsi Mədinə Cəfərovanın təqdimatında siqaretin, narkotik maddələrdən istifadənin insanlara vurduğu zərər və onun acı nəticələrindən bəhs edən videoçarx izlənildi.

Mülki müdafiə, tibbi biliklərin əsasları və fiziki tərbiyə kafedrasının müdiri, professor Hənifə Qurbanov tədbirin əhəmiyyətindən danışdı, tələbələrə öz tövsiyələrini bildirdi. Kafedranın baş müəllimi Həsən Əliyev "Sanitar maariflənmənin zərərli vərdişlərin profilaktikasında əhəmiyyəti", kafedranın baş müəllimi Eldar Muxtarlı "Zərərli vərdişlərə aludəçilik" mövzusunda çıxış etdilər. İnstitutun III kurs tələbələrindən Nərmin Ərəbli "Narkomaniya və gənclik", Şahbəyim Ağazadə "Məktəbəqədər uşaq müəssisələrində gigiyenik tərbiyə", Aysel Mehdixanova "Məktəbəqədər uşaq müəssisələrində zərərli vərdişlərə qarşı profilaktik tədbirlər", Fidan Telmanlı "Zərərli vərdişlərin profilaktikasında fiziki tərbiyənin rolu" mövzularında çıxış etdilər.

***

Dekabrın 26-da "Bütün zərərli vərdişlərə STOP" başlığı altında növbəti tədbir keçirildi. "Zərərli vərdişlərdən uzaq olaq" adlı tədbiri giriş sözü ilə tərbiyə işləri üzrə prorektor Rəşad Sadıqov açdı. O qeyd etdi ki, bu gün dünyada, həmçinin, ölkəmizdə əhalinin, o cümlədən, gənc nəslin, yeniyetmələrin müəyyən bir qismi siqaret istifadəçisidir, spirtli içkilərin, narkotik maddələrin aludəçisidir, müəyyən hissəsi İnternet qarşısında həddindən artıq lazımsız vaxt keçirir və s. Ona görə də gəncləri mümkün qədər pis əməllərdən və adətlərdən çəkindirmək üçün bu cür tədbirlərin keçirilməsi, maarifləndirmə və təbliğat işlərinin aparılması olduqca zəruridir.

Çıxışlardan öncə bəşəriyyətin ümumi bəlası olan zərərli vərdişlərin insanların həyatına mənfi təsirindən bəhs edən, bütün dünya üzrə ağır xəstəliklərə düçar olmuş insanlara dair statistik məlumatları özündə əks etdirən videoçarx nümayiş olundu.

Psixologiya kafedrasının dosent əvəzi Qulam Əzizov "Zərərli vərdişlərin insan psixologiyasına təsiri", dosent əvəzi Olqa Velimedova "Narkomaniya müasir dövrün bəlasıdır", baş müəllim İlhamə Sultanova "Narkomaniyaya son" mövzularında geniş çıxışlar etdilər. Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Bəylər Əzimov "İnternet asılılığının insan psixologiyasına təsiri", III kurs tələbəsi Humay Nəbiyeva "Siqaret - yeniyetmələrdə zərərli vərdiş kimi", III kurs tələbəsi Aytən Tağıyeva "Alkoqolizm", II kurs tələbəsi Emil Paşayev "Qumar: maddi və mənəvi fəsadlar", II kurs tələbəsi Aytən Əliyeva "İnternet asılılığı", ibtidai sinif müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Turanə Əhmədli və Tatyana Hacıyeva "Siqaret, narkomaniya, toksikomaniya" mövzularında təqdimat nümayiş etdirdilər.

Qeyd edək ki, hər iki tədbirdə tələbələrin çıxışlarına daha çox yer verildi. İnstitutun pedaqoji fakültəsinin və filologiya və təhsildə sosial-psixoloji xidmət fakültəsinin tələbələri öz çıxışlarında həmyaşıdlarını sağlam və düzgün həyata səslədilər. Çıxış edən müəllimlər cəmiyyətimizi və dünyanı daha gözəl və sağlam görmək istədiklərini bildirdilər. Bunun üçün də insanlar sağlam həyat tərzi keçirməli, düzgün qidalanmalı, fiziki əməklə məşğul olmalı və öz gələcəklərini zərərli vərdişlərə qurban verməməlidirlər.

Tədbir iştirakçıları bütün çıxışları, təqdimatları maraqla qarşıladılar. Tədbirin sonunda tələbələrin müxtəlif sualları cavablandırıldı, fikir mübadiləsi oldu.  

Rəşad SADIQOV,
AMİ-nin tərbiyə işləri üzrə prorektoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov