Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

Əl işlərindən ibarət Respublika müsabiqəsinə yekun vuruldu

 

Dekabrın 27-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasında uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərinin respublika müsabiqəsinin yekun sərgisi və qaliblərin mükafatlandırılması mərasimi keçirildi.

Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkilləri Qənirə Paşayeva, Sədaqət Vəliyeva, KİV nümayəndələri və başqaları iştirak edirdilər.

İlk öncə mərasim iştirakçıları uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə yaxından tanış oldular. Uşaqların yaradıcılıq təxəyyülünün məhsulu olan bir-birindən gözəl əl işləri qonaqlar tərəfindən maraqla qarşılandı.

Tədbiri Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov açaraq qonaqları və sərgi iştirakçılarını salamladı. Keçirilmiş müsabiqə haqqında ətraflı məlumat verən Ağababa İbrahimov bildirdi ki, müsabiqə 3 nominasiya - dekorativ tətbiqi sənət, dizayn, floristika- nəbatat aləmi üzrə 20 növdə keçirilib. Müsabiqə 2 mərhələdə təşkil olunub. Rayon (şəhər) mərhələsində 3 mindən çox məktəbli iştirak edib. Müsabiqənin Respublika mərhələsinə 500-ə yaxın əl işi təqdim edilib və münsiflər heyətinin qərarına əsasən onlardan 60-ı qalib hesab edilib. Ağababa İbrahimov təqdim olunan əl işlərinin yüksək səviyyədə hazırlandığını deyərək qalibləri təbrik etdi.

Çıxış üçün söz alan təhsil nazirinin müavini Qulu Novruzov ölkə başçısı cənab İlham Əliyev tərəfindən xüsusi istedada malik uşaq və gənclərin yaradıcılıq potensialının inkişafı istiqamətində görülən işlərdən danışdı. Bu müsabiqənin keçirilməsində əsas məqsədin istedadlı uşaq və yeniyetmələrin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, məktəblilərin yaradıcılıq dərnəklərinə daha geniş cəlb olunması, uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsinin aparılması olduğunu deyən Qulu Novruzov belə tədbirlərin eyni zamanda ölkəmizdə neçə-neçə istedadlı və bacarıqlı uşağın aşkarlanmasına şərait və imkan yaratdığını söylədi.

Çıxışının sonunda nazir müavini Qulu Novruzov müsabiqənin keçirilməsində əməyi olanlara minnətdarlığını bildirərək təhsil naziri Misir Mərdanovun və öz adından qaliblərə müvəffəqiyyətlər arzuladı, hamını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etdi.

Daha sonra  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkilləri Qənirə Paşayeva, Sədaqət Vəliyeva, gənclər və idman nazirinin müavini İntiqam Babayev başa vurduğumuz 2012-ci ilin ölkəmiz üçün yaddaqalan hadisələrlə zəngin olduğunu deyərək bugünkü sərgidə nümayiş olunan əl işlərindən yüksək zövq aldıqlarını söylədilər.

Sonra qaliblərə Təhsil Nazirliyinin diplomları və hədiyyələr təqdim olundu. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov