Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

Təlim kurslarının təşkili vəziyyəti ilə bağlı müşavirə

 

Dekabrın 27-də Təhsil Nazirliyində "Ümumi təhsildə kurikulum islahatı və onun idarəolunması" mövzusunda təlim kurslarının təşkili vəziyyətinə həsr olunmuş müşavirə keçirildi. Müşavirəni təhsil naziri Misir Mərdanov açaraq öncə zala toplaşanları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etdi.

Yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar 2008-ci ildən başlayaraq müəllimlər üçün kurikulumlar üzrə təlimlərin keçirildiyini diqqətə çatdıran nazir son 5 ildə bu istiqamətdə müəyyən işlərin görüldüyünü, bu müddət ərzində 73000 müəllimin müvafiq kurslardan keçərək zəruri bilik və bacarıqlara yiyələndiyini söylədi. Bildirdi ki, VII-XI siniflərin fənn kurikulumları üzrə dərs aparacaq müəllimlər üçün müvafiq təlim kursları növbəti illərdə davam etdiriləcəkdir.

Kurikulum islahatının müvəffəqiyyətlə həyata keçirilməsi və yeni kurikulumların tətbiqinin səmərəli idarə olunması müəllimlərlə yanaşı rəhbər təhsil işçilərinin də müvafiq təlim kurslarından keçməsini zərurətə çevirdiyini deyən təhsil naziri bu məqsədlə 4000 nəfər rəhbər təhsil işçisini əhatə edən "Ümumi təhsildə kurikulum islahatı və onun idarə olunması" mövzusunda təlim kurslarına başlandığını diqqətə çatdırdı. Qeyd etdi ki, kurslar Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində keçirilmiş tenderdə qalib gələn "Təlim və İnkişaf Mərkəzi" MMC və "Mədəd Azərbaycan" MMC tərəfindən aparılır. Bu işə çox ciddi yanaşılmasının vacibliyini vurğulayan Misir Mərdanov Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi və Azərbaycan Milli Valideyn Müəllim Assosiasiyası tərəfindən təlim kurslarının monitorinqinin aparıldığını, təlimlər başa çatdıqdan sonra monitorinqin nəticələrinə dair arayışların müzakirəyə təqdim olunacağını bildirdi. Monitorinq aparanların bütövlükdə təlimləri yüksək qiymətləndirdiklərini nəzərə çatdıran nazir eyni zamanda monitorinqlər zamanı bir sıra problemlərin də aşkarlandığını və bugünkü müşavirənin də məhz onların vaxtında aradan qaldırılması məqsədilə keçirildiyini söylədi. Nazir həmin problemlərin bəzisini müşavirə iştirakçılarının diqqətinə çatdıraraq bildirdi ki, təlim keçən təşkilatlar təlimin növbəti mərhələlərində onların həll edilməsinə nail olmalıdırlar. Belə ki, təlimçilər təlim apardıqları müddətdə mövcud qanunvericiliyə uyğun olaraq əsas iş yerlərindən ayrılmalı, bu proses əmək qanunvericiliyi çərçivəsində tənzimlənməlidir.

Bəzi təlimçilərin rəhbər təhsil işçilərinə təlim keçmək baxımından səriştəliliyinin aşağı olmasının, idarəetmə sahəsində iş təcrübəsinə malik olmamasının kursun keyfiyyətinə mənfi təsir göstərdiyini deyən nazir təlimçilər müəyyənləşdirilərkən təlimə cəlb edilən kontingentin hazırlıq səviyyəsinin mütləq nəzərə alınmalı olduğunu söylədi.

Rayonlarda keçirilən təlimlərdə həmin yerdən olan təlimçilər tərəfindən təlimlərə qeyri-ciddi yanaşmanın müşahidə olunmasının da kursların keyfiyyətinə mənfi təsir göstərdiyini deyən nazir təşkilatların təlimçilərin regionlar üzrə bölgüsü zamanı bu məsələni nəzərə almalarını vacib saydı.

Çıxışının sonunda nazir müşavirə iştirakçılarını qeyd olunan problemlərə münasibət bildirib, bu kimi halların aradan qaldırılması, gələcəkdə kursların daha yaxşı təşkili ilə bağlı təkliflər bildirməyə dəvət etdi.

Müşavirədə Bakıdakı 67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramova, "Zəngi" liseyinin direktoru Bayram Heydərov, 212 nömrəli tam orta məktəbin direktoru Qurban Həsənov, 167 nömrəli tam orta məktəbin direktoru Vaqif Quliyev, 7 nömrəli tam orta məktəbin direktoru Gülnaz Mehdiyeva, "Mədəd Azərbaycan" MMC-nin təlimçisi Bəhruz Mehdiyev, Kurikulum Mərkəzinin əməkdaşı Könül Mahmudova, akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva, 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova,    Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Bəhman Nəbiyev,  Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva, Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzinin proqram direktoru Elmina Kazımzadə, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova və başqaları çıxış edərək təlim kursları ilə bağlı fikirlərini bildirdilər, mövcud problemlərə toxunub onların aradan qaldırılması ilə bağlı təkliflər irəli sürdülər. 

Yusif ƏLİYEV  

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov