Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

İbtidai siniflərdə Azərbaycan dilindən sintaksisə aid mövzuların tədrisi təcrübəsindən

 

Müasir fənn kurikulumlarının tətbiqi Azərbaycan dilinin ibtidai siniflərdə tədrisinə geniş imkanlar açır. Azərbaycan dilinin əsas məqsədi şagirdlərdə oxu, yazı, dinləmə və danışma bacarıqlarının formalaşmasını təmin etməkdən, onlarda nitq mədəniyyətinin inkişaf  etdirilməsindən ibarətdir. Cari tədris ilində dərs dediyim II sinifdə Azərbaycan dilindən bir dərs nümunəsini hörmətli həmkarlarımla bölüşmək istəyirəm.   

Standart:  4.1.1.,  4.1.2.,  4.1.3.

Mövzu: Cümlənin  məqsəd və intonasiyaya görə  növləri.

Məqsəd: 

1. Cümlənin məqsəd və intonasiyaya görə növlərini aydınlaşdırır.

2. Cümlə qurur və cümlənin sonunda durğu işarələrindən məqsədyönlü istifadə edir.

3. Cümlənin semantik xüsusiyyətlərini və yaranma üsullarını izah edir.

İnteqrasiya:  həyat bilgisi 1.1.3.

İş forması: kollektiv,  kiçik qrupla iş

İş üsulu: müzakirə,  şəkil üzrə iş,  BİBÖ, klaster

Resurslar: müxtəlif şəkillər, iş vərəqləri.

Motivasiya:

1) Yağış yağır.

2)  Yağış yağır?

3)  Yağ, ey yağış!

Yardımcı sual: Bunlar nədir? Cavablar alındıqdan sonra müəllim hansı durğu işarələrindən istifadə olunduğunu soruşur.

Tədqiqat sualı:  Cümlə nədir? Cümlənin məqsədə və intonasiyaya görə hansı növləri var?

Tədqiqatın  aparılması: Şagirdlər 4 qrupa bölünür, iş vərəqləri paylanır. Hər qrupa tapşırıq yazılmış iş vərəqi verilir.  

"Bilik" qrupu

 

Şəklə baxın və nəqli cümlələr yazın                       

Cümlələrin qarşısında,

Söz birləşmələrinin qarşısında işarəsi qoyun.

 

"Zəka" qrupu

1. Şəklə baxıb sual cümlələri yazın.

2. Cümlələrdə sual bildirən açar sözlərin altından xətt çəkin.                                                                             

                                                      

 

"Nur" qrupu

 

1. Şəklə aid əmr cümlələri yazın.                                                                                     

2. Hansı atalar sözü əmr cümləsidir?

* Güc birlikdədir *Bu günün işini sabaha qoyma *Dost dosta tən gərək

 

"Tərəqqi" qrupu

1. Verilmiş sözlərdən nida cümləsi qur: Ehh! Vay! Güc, həyat, Ay! Ev, kitab.

2. Sxem üzrə cümlə qur:

  ──  ──  ──  ─── .      ──  ──  ──   ?   ──, ──  ──  ──!

Məlumat mübadiləsi: Qrup üzvləri işlərini təqdim edir. İş vərəqləri lövhədən asılır.

Məlumat müzakirəsi: Şagirdlərin təqdimatlarından sonra cavablar sistemləşdirilir və sinfə müzakirə sualları verilir.

Nəticə və ümumiləşdirmə: Dərsdən bu nəticəyə gəlirik ki, cümlənin məqsəd və intonasiyaya görə 4 növü var. Bunlar aşağıdakılardır:

1. Nəqli cümlələr

2. Əmr cümlələri

3. Nida cümlələri

4. Sual cümlələri

Şagirdlərin diqqəti tədqiqat sualına yönəldilir. Müəllim nəticələri bütün siniflə ümumiləşdirir.                  

Ev tapşırığı: əmr cümləsi, sual cümləsi və nəqli cümlənin hərəsinə  aid 3 cümlə qurun.

Qiymətləndirmə: Müəllim hər qrup üçün meyar cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində qiymətləndirmə aparılır. Qiymətləndirmə "+",  "-" işarələri ilə aparılır. 

Xatirə HƏMİDOVA,
Bakıdakı İlqar Əbilhəsənov adına 42 nömrəli
tam orta məktəbin ibtidai sinif müəllimi

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov