Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

"Xarici dil" üzrə fənn kurikulumları orta təhsil pilləsində

 

  Dərslərin  yeni  təlim  metodları  ilə qurulması şagirdlərdə  müstəqil  yaradıcı  düşünmə  qabiliyyətini, yeni  biliklərə  sərbəst  yiyələnmək  bacarığını  inkişaf  etdirir. Mən  də dərslərimdə  bu  təlim  metodlarından  hər  zaman  istifadə  etməyə çalışıram. Ənənəvi üsuldan  fərqli  olaraq, fəal  təlimdə  dərs motivasiya  ilə  başlanır. Məhz  motivasiya  şagirddə  həm  maraq  oyadır, həm  də  onu  düşündürür, yeni axtarışlar  etməyə sövq  edir. Dərsin  motivasiyasını  elə  qurmağa  çalışıram  ki, heç  bir  şagird bu  prosesdən  kənarda  qalmasın. Şagirdlər  bir-biri  ilə  əməkdaşlıq  etməyi  bacarsın, onların  özlərinə  inam  hissi  artsın. İngilis  dili  dərslərində motivasiya  qurmaq daha  maraqlı  və asandır. Tədqiqat  sualını formalaşdırmaq  üçün  mövzuya  uyğun  mahnı, şeir  parçası və  ya  şəkil  lövhədə  göstərilir. Tədqiqatın  aparılması  zamanı  vaxtın  qoyulması şagirdlərdə  məsuliyyəti artırmaqla  bərabər, onları  vaxtdan  səmərəli  istifadə  etməyə  də  alışdırır. Sonra  şagirdləri qruplara  bölürəm. Hər  bir  qrup  öz  liderini  seçir. Bəzən qrupun ən  fəal, bəzən  isə  ən  passiv şagirdi  lider  olur. Bu  hal  hətta  ən  zəif, passiv  və  özünə  inamı  olmayan şagirddə  belə  özünə  inam  hissi  yaradır  və  onu  daha  fəal  olmağa  həvəsləndirir. Dərsin  gedişi  zamanı  mövzuya  uyğun  tədqiqat  sualı  qoyulur. Komandaların liderləri aparılan  fikir  mübadiləsinin  nəticələrini  elan  edirlər. Qrup  üzvləri yeni  fikir  söyləyir, yoldaşlarının  verdiyi  cavabları  təhlil  edib onlara  münasibət  bildirilir. Dərs  zamanı  fənlərarası  inteqrasiya daha  maraqlı  olur. Dərslərin  texniki  vəsaitlərdən   istifadə  etmək  yolu  ilə qurulması  təlimin  məzmununu bir  az  da  zənginləşdirir. "Power  Point"  proqramından  istifadə  etməklə keçilən  dərslər  şagirdlər tərəfindən maraqla  qarşılanır, asan mənimsənilir, müasir  təlim metodları şagirddə  fəallığı artırmaqla yanaşı, məntiqi  düşüncə  də  yaradır. Məntiqlə  bilik  paralel  inkişaf  edərək  şagirdi həyata  hazırlayır. Fəal  dərsin  aşağıdakı  mərhələlərinə  əməl  etməyə  çalışıram:

1.Düşünməyə  yönəlmə - bu  zaman şagird  mövzu  ilə  əlaqədar  bildiklərini  xatırlayır, fəallaşır. Beləliklə, mən  onlarda  mövzuya  maraq  oyadıram.

2.Dərketmə-yəni  yeni  bilikləri şagirdlərə öyrədirəm.

3.Düşünmə-şagirdlərə  yeni  biliyi  möhkəmləndirmək  üçün  testlər,  tapşırıqlar, paylama  materialları  verirəm.

Azərbaycan təhsili günbəgün dəyişir, inkişaf  edir, yeniliklərlə  zənginləşir. Əvvəllər tədris prosesində biliklərin hazır  şəkildə  şagirdlərə  mənimsədilməsi  tələb olunurdusa, indi tədris  olunan  mövzu  ətrafında  şagirdlərin  özünün  müstəqil  fikir  yürüdə bilməsinə, bir-birinin  biliyinə qiymət verməsinə, kimin nəyə qadir olduğunu aşkar  etməsinə, problem yaratmaq, tədqiq etmək, qurmaq yaratmaq  bacarığına daha çox diqqət yetirilir.

Müasir  kurikulumun  tətbiqi  zamanı  ümumi  təhsilin  səviyyələri  üzrə  təlim  nəticələri  üç  mərhələdən  ibarətdir:

1.İbtidai  təhsil  üzrə ümumi  təlim  nəticələri;

2.Ümumi  orta  təhsil  üzrə  ümumi  təlim  nəticələri;

3.Tam  orta  təhsil  üzrə  ümumi  təlim  nəticələri.

İbtidai  sinif  mərhələsində 4  il  kurikulumun tətbiqi  biz  müəllimlərə çox  şey  verdi. Mən  ixtisasca  ingilis  dili  müəllimiyəm və bir fənn  müəllimi  kimi  özüm  də bu  4  ildə  müəyyən  təcrübə  əldə  etmişəm. Artıq  bu  ildən  orta  təhsil  pilləsində  kurikulumun  tətbiqinə  başlanılıb.

Xarici  dil  kurikulumu   şagirdlərin  maraq  və  meyllərini  diqqətdə  saxlayır,  onların  nitqini,  dil  qavrama vərdişlərini  inkişaf  etdirməyi  nəzərdə  tutur. Xarici  dil  kurikulumları  həmin  fənnin  tədrisində  aşağıdakı  suallara  cavab  verməyə  çalışır:

Nəyi  öyrətməli; necə  öyrətməli; necə  təşkil  etməli; necə  dəyərləndirməli.

Müasir  xarici  dil  dərslərinin  tədrisi  iki  üsula  söykənir:

1.Dil  sistemlərinin  öyrənilməsi. 2.Dil  bacarıqlarının  qazanılması.

Dil  sistemi  səslərdən, sözlərin  düzgün  tələffüzündən, cümlə  quruluşundan, sözlərin  ayrı-ayrı mənalarından və qrammatik  cəhətdən  onların  bir-birilə bağlılığından, həmçinin  cümlədə  hansı  funksiya  daşımasından  ibarətdir.

Dil  bacarığı  isə  dinləmək, anlamaq, danışmaq, oxumaq  və  yazmaqdan  ibarətdir.

Bu  gün  Azərbaycan  təhsil  sistemində bir çox innovativ  metodlar, yeni  pedaqoji  texnologiyalar tədrisə uğurla tətbiq  edilir. Bütün bunlardan  məqsəd  şagird  interaktivliyini  ön  plana  çəkmək, özünəinam  hissini  artırmaq  üçün onlara  subyekt  kimi  yanaşmaqdır. Bu  mənada  biz  müəllimlər  şagirdlərimizə  bir  bələdçi  kimi, fasilitator  kimi  düzgün  istiqamət  verməliyik. 

Xalidə RÜSTƏMOVA,
Bakıdakı 290 nömrəli orta məktəbin
ingilis dili müəllimi 
 

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov