Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

Müasir dərsdə İKT-nin rolu böyükdür

 

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində görülən işlər şagirdlərin İKT biliklərinin artırılmasında böyük rol oynamışdır.

Bakıdakı 64 nömrəli tam orta məktəbin direktoru Rəfael Mehdiyev bildirdi ki, müasir təhsil insanlara dünyada mürəkkəb məsələlərin həllinə hazır olmağı, strateji hədəfə malik  problemlərin öhdəsindən gəlməyi diqtə edir. Ona görə də  müasir təhsil sistemini informasiya-kommunikasiya texnologiyalarsız təsəvvür etmək çox çətindir.

Təhsil ocağında İKT-nin tətbiqinə  əvvəlki  illərlə müqayisədə geniş yer verilib. Şagirdlərin əksəriyyəti İnternetdən tədqiqatlar aparmaq üçün daha çox istifadə  edir,  işlərini sinif yoldaşlarına təqdim etməyi də  öyrəniblər.  

191 nömrəli tam orta məktəbin direktoru Rəhimə Əliyeva qeyd etdi ki,  məktəbimizdə İKT sahəsində xüsusi istedada   malik olan şagirdləri aşkar etmişik. Şagirdlərin bilik və bacarıqlarını yüksəltmək üçün İKT-dən istifadə etməklə ayrı-ayrı fənlər üzrə test bankı  yaradılıb. Şagirdlər arasında İKT üzrə bilik yarışı keçirilib.  Məktəbin kitabxanasında İKT vasitəsilə elektron dərsliklərin planı və uçotu təşkil olunmuşdur.   

229 nömrəli  tam orta məktəbin direktoru Fəridə Bağırovanın sözlərinə görə, təhsil ocağı  İnternet şəbəkəyə  qoşulub.  Məktəbdə işləyən  fənn müəllimlərinin hamısı Təhsil Nazirliyinin İntel "Gələcək üçün təhsil", bir qrup müəllim isə "Dymo-Mimio interaktiv Texnologiyaları ilə tədris" təlim kurslarından keçiblər. İnformatika və digər fənn müəllimləri də İKT-dən istifadə etməklə dərslərini yüksək səviyyədə keçirlər. Eyni zamanda İKT sahəsində fəaliyyət göstərən  dövlət və özəl qurumların aparıcı mütəxəssisləri ilə məktəbdə tez-tez görüşlər təşkil edilir və şagirdlər dəyərli məsləhətlər alırlar.   

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov