Bu
yaxınlarda filologiya elmləri doktoru, AMEA-nın Nəsimi
adına Dilçilik İnstitutunun baş elmi işçisi Nəriman
Seyidəliyevin "Elm və Təhsil" nəşriyyatında "Müasir
Azərbaycan dilində üslubi sinonimlər" kitabı çap olunub.
Əsər (redaktor: İ.Məmmədli, filologiya elmləri doktoru,
professor, rəyçilər: R.Eyvazova, filologiya elmləri
doktoru, professor və İ.Məmmədov, filologiya elmləri
üzrə fəlsəfə doktoru, dosent) müasir Azərbaycan dilinin
üslubi sinonimlərinə həsr edilmişdir. Əsərdə əsasən
neytral, bədii, poetik, danışıq və s. üslublarda
işlədilən sinonim sözlərdən geniş bəhs edilir. Burada
sinonimlər öz potensial imkanları ilə ana dilimizin
məna zənginliyini təqdim edir. Həm ana dilimizdə, həm
də xarici dillərdə sinonimlər həmin dillərin bilavasitə
işlənməsini intensivləşdirir.
Bu əsər filoloq, müəllim, şagird və tələbələr üçün çox
dəyərli vəsaitdir.
Şakir CƏFƏROV |