Regionlarda "İstedadlı uşaqlar" respublika
müsabiqəsinə 2009-cu ildən start verilib. Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı ilə həyata
keçirilən bu tədbirlər xüsusi istedada malik olan
uşaqların, gənclərin yaradıcılıq potensiallarının üzə
çıxarılmasına xidmət edir. 2009-cu ildə müsabiqəyə
Bərdədə, 2010-cu ildə Kürdəmirdə, 2011-ci ildə Şirvanda,
bu il isə Yevlaxda yekun vurulub. Dekabrın 6-da
Yevlaxda Bəşir Səfəroğlu adına Yevlax Xalq Teatrında
baş tutan tədbirdə nazirliyinin məsul işçiləri Pərviz
İsgəndərli və Oqtay Muxtarov, mədəniyyət müəssisələrinin
rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.
Mərasimə Azərbaycanın müxtəlif bölgələrindən bədii
qiraət, rəqs, rəssamlıq, aşıq musiqisi, muğam və mahnı,
instrumental ifaçılıq üzrə 17 yaşınadək uşaq və
yeniyetmələr qatılıblar. Tədbir iştirakçıları əvvəlcə
teatrın foyesində müsabiqənin təsviri sənət üzrə
qaliblərinin əl işləri ilə tanış olublar. Sonra isə uşaq
və yeniyetmələrin ifasında bədii qiraət, aşıq musiqisi,
muğam və mahnı, instrumental ifaçılıq üzrə maraqlı
konsert proqramı təqdim olunub.
Sonda qaliblərə Mədəniyyət və Turizm naziliyinin diplom
və hədiyyələri təqdim edilib.
Sifai SƏFƏROVA |