Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

"Dünya bizim gözümüzlə" adlı tədbir keçirildi

 

Dekabrın 14-də T.İsmayılov adına "Uşaq Dünyası" rəsm qalereyasında sağlamlıq imkanları məhdud olan uşaqlara həsr olunmuş "Dünya bizim gözümüzlə" adlı tədbir keçirildi. Tədbir Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən təşkil edilmişdir. Öncə iştirakçılar  sağlamlıq imkanları məhdud olan uşaqların müxtəlif mövzu və texnikada işlənmiş təsviri və dekorativ-tətbiqi sənət işlərindən ibarət sərgi ilə tanış oldular. Tədbirdə Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzin direktoru Səbinə Məmmədkərimova və digər şəxslər iştirak edirdilər. Tədbirin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud olan uşaqlar arasında istedadlı və qabiliyyətli şagirdləri üzə çıxarmaqdan ibarət idi.

Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov iştirakçıları təhsil naziri Misir Mərdanovun adından salamlayaraq mərkəzin fəaliyyətindən danışdı. Bildirildi ki, mərkəzin keçirdiyi bədii tədbirlər sağlamlıq imkanları məhdud olan uşaqların incəsənətə meylini daha da artırır, onlarda bədii zövqün formalaşmasına yardım edir. Sağlamlıq imkanları məhdud uşaqlara göstərilən dövlət qayğısından söz açan A.İbrahimov bu sahədə ölkə Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi xidmətlərini diqqətə çatdırdı. Belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirən şöbə müdiri mərkəzin əməkdaşlarının əlil uşaqlarla işləməsinin nəcib bir iş olduğunu qeyd etdi. Bildirildi ki, sağlamlıq imkanları məhdud uşaqlar digər uşaqlardan  fərqləndirilməməli və onlar özlərini cəmiyyətin tamhüquqlu və yararlı vətəndaşları kimi hiss etməlidirlər.

Tədbirdə çıxış edən ETRTMM-nin direktoru Səbinə Məmmədkərimova qeyd etdi ki,  bir çox təhsil müəssisələri ilə yanaşı, Estetik Tərbiyə üzrə Tədris-Metodik Mərkəzi də öz işini əlil və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla sıx əməkdaşlıq prinsipləri üzərində qurur. Ölkə Prezidenti cənab İlham Əliyevin əlillərə yüksək diqqət və qayğı göstərdiyini bildirən S.Məmmədkərimova onların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışdı. Sağlamlıq imkanları məhdud  olan şagirdlərin arasında xüsusi istedada malik olanların çox olduğunu və onların bu potensialının inkişaf etdirilməsinin vacibliyini bildirən mərkəzin direktoru belə tədbirlərin həmin şagirdlərin həyatında xüsusi önəm daşıdığını qeyd etdi.

Tədbirin bədii hissəsində 5 nömrəli gözdən əlil uşaqlar üçün xüsusi internat məktəbinin şagirdləri Leysan Rzayev, Rufan Camalov və Hökümə Zeynalovanın ifasında dahi Nizami Gəncəvinin "Kərpickəsən  kişinin dastanı" əsərindən səhnəcik göstərildi.  Şeirlər söylənildi, musiqi nömrələri ifa edildi.  

Sonda 3 nömrəli sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinin şagirdləri Ceyla Məmmədova, Zümrüd Nəzirova, Nərmin Hümbətzadə mərkəzin fəxri fərmanı ilə təltif edildilər. Tədbirdə iştirak edən bütün şagirdlərə hədiyyələr  verildi. Xatirə şəkli çəkdirildi. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov