Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

"Xalq kompüteri" layihəsinə həsr edilmiş  mətbuat konfransı

 

Dekabrın 20-də Abşeron-Bakı Mehmanxanasında  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP Microsoft və "Bestcomp Group" şirkətlərinin birgə iştirakı ilə "Xalq kompüteri" layihəsinə həsr edilmiş mətbuat konfransı keçirildi. Tədbiri "Microsoft Azərbaycan" şirkətinin nümayəndəsi Emin Axundov açaraq   konfrans barədə  qısa məlumat verdi. 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri  İspəndiyar Əliyev "Xalq kompüteri" layihəsinin regionlarda  həyata keçirilməsindən və bu işin yüksək səviyyədə təşkil olunmasından söz açdı.

Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqov çıxış edərək bildirdi ki, "Xalq kompüteri" layihəsinin  əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələrinə müasir kompüterlər və lisenziyalı proqram təminatı almaq üçün şərait yaratmaqdır.

İ.Sadıqov qeyd etdi ki, hazırda  "Xalq kompüteri" layihəsi çərçivəsində Azərbaycanda orta məktəblərdə işləyən müəllimlər, şagirdlər, ali məktəb  tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüterlər almışlar.  Nəticədə, bu layihə çərçivəsində informasiya  cəmiyyətində qoyulan məsələlər öz həllini tapıb.

"Bestcomp Group" şikətinin baş meneceri Rauf Həsənov dedi ki, 2009-cu ilin aprel ayından bu günə kimi "Xalq kompüteri" layihəsinə əsasən kompüterlərin  16 faizi Bakıda, 13,3  faizi Naxçıvan Muxar Respublikasında, qalanları isə ölkənin digər regionlarında olan istifadəçilər tərəfindən əldə edilmişdir. Layihə çərçivəsində əldə edilən kompüterlərin 90 faizindən çoxu portativ texnikanın payına düşür.

Konfransda "Microsoft Azərbaycan" nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov, HP Azərbaycanın fərdi və çap sistemləri qrupunun ölkə üzrə rəhbəri Rasim Baxşı da  layihə ilə əlaqədar öz fikirlərini bildirdilər.

Layihə çərçivəsində 20000-ci kompüterin alıcısı Naxçıvan Muxtar Respublikasının sakini Ruslan Cəfərov olduğundan yubiley alıcıya onun əldə etdiyi portativ kompüter  pulsuz təqdim edildi. Həmçinin  konfransda 19999-cu və 20001-ci fərdi kompüter alıcılarına  da hədiyyələr verildi.

Sonda tədbir iştirakçıları tərəfindən verilən "Xalq kompüteri" layihəsinə aid suallar  cavablandırıldı.

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov