Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

BDU-da Yunis İmrə Mədəniyyət Mərkəzinin yaradılması barədə protokol imzalanıb

 

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Yunis İmrə Vəqfi prezidenti və Yunis İmrə İnstitutununun müdirü prof. dr. Ali Fuat Bilkanı, Yunis İmrə İnstitutu Türkologiya Koordinatoru Yasin Tunçu, Tbilisi Yunis İmrə Mədəniyyət Mərkəzi müdiri Barış Demiri qəbul edib.  Rektor BDU-nun yaranma tarixindən, inkişaf mərhələlərindən, beynəlxalq əlaqələrindən və bir çox universitet assosiasiyalarına üzvlüyündən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri ilə ikitərəfli əlaqələrindən danışıb.

Öz növbəsində prof. dr. Ali Fuat Bilkan bildirib ki, Yunus İmrə Vəqfi türk dilini, tarixini, mədəniyyətini və incəsənətini təbliğ etmək, bunlarla bağlı  məlumatları və materialları dünyaya yaymaq, türk dili, mədəniyyəti və incəsənəti sahələrində təhsil almaq istəyənlərə Türkiyə  xaricində xidmət göstərmək, Türkiyənin başqa ölkələr ilə mədəni əlaqələrini artıraraq dostluğunu inkişaf etdirmək məqsədilə 2007-ci ildə yaranıb. Yunis İmrə Vəqfinə bağlı olaraq qurulan Yunis İmrə İnstitutu isə qanunvericiliklə müəyyən olunmuş məqsədləri həyata keçirmək üzrə təhsil və tədris fəaliyyətləri ilə elmi tədqiqat işlərini həyata keçirir.  İnstitut quruluş məqsədləri istiqamətində Türk mədəniyyətinin, tarixinin, dilinin və ədəbiyyatının daha da yaxşı təbliğ edilməsi və öyrədilməsi istiqamətində araşdırmalar aparmaq, fərqli qurumlar ilə əməkdaşlıq edərək elmi fəaliyyətləri dəstəkləmək və əldə edilən nəticələri müxtəlif nəşrlər vasitəsilə ictimaiyyətə çatdırmaq məqsədi istiqamətində fəaliyyətlər həyata keçirir.

Görüşdə həmçinin  universitetlərarası elm, təhsil və innovasiyalar sahəsində ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə edilib.

Görüşün sonunda BDU-da Yunis İmrə Mədəniyyət Mərkəzinin yaradılması barədə protokol imzalanıb.

Qonaqlar BDU ilə yaxından tanış olub və bu təhsil ocağından yüksək təəssüratla ayrılıblar. 

BDU-nun Mətbuat və informasiya şöbəsi 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov