Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

Dövlət İdarəçilik Akademiyasında akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı
 tarixi şəxsiyyət kimi" məqaləsi müzakirə olunub

 

Dekabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Şah İsmayılın siyasi fəaliyyətini əks etdirən "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsinin müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilib.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək akademik Ramiz Mehdiyevin bu məqaləsinin istiqamətverici və fundamental bir əsər kimi çox böyük əhəmiyyətə malik olduğunu bildirib. Rektor məqaləni Azərbaycan dövlətçilik tarixinin qiymətləndirilməsi, habelə tarixi faktların zaman kontekstində və zamanın əsas xüsusiyyətləri nəzərə alınaraq araşdırılması baxımından olduqca yüksək tədqiqat kimi səciyyələndirib.

"Dəyirmi masa"da daha sonra akademik Ramiz Mehdiyevin məqaləsində əks olunan fəlsəfi ideyalara toxunularaq qeyd olunub ki, hər bir xalqın tarixi onun mədəniyyətinin tərkib hissəsidir. Tarixin inkişafında böyük şəxsiyyətlərin rolu əhəmiyyətlidir. Böyük şəxsiyyətlərin gördükləri işlər, onların irəli sürdükləri ideyalar xalqın inkişafına xidmət edir. Hər bir xalq ona görə də öz tarixi şəxsiyyətlərinin irsinə mədəni-mənəvi dəyər kimi yanaşmalı, onu qorumalıdır.

Akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsi həm də görkəmli tarixi şəxsiyyət Şah İsmayıl Səfəvi ilə bağlı Azərbaycan dövlətinin mövqeyi kimi dəyərləndirilib. Qeyd edilib ki, ciddi elmi mənbələrə və tarixi ədəbiyyata əsaslanan məqalə Azərbaycanın daxilində və ölkə xaricində tariximizi, tarixi şəxsiyyətlərimizin obrazlarını təhrif edənlərə tutarlı cavabdır, eyni zamanda tarixçi alimlər üçün çox qiymətli mənbə, uzunmüddətli elmi istiqamətdir.

"Dəyirmi masa"da professorlar M.Quliyev, F.Məmmədov, N.Ələkbərova, Ə.Abdullayev, dosentlər F.Əhmədova, R.Əkbərov, E.Nəcəfov və başqaları çıxış edərək məqalənin elmi və siyasi əhəmiyyətindən söz açıblar.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən "dəyirmi masa"nın sonunda məqalənin Dövlət İdarəçilik Akademiyasında daha dərindən öyrənilməsi və dövlətçilik tariximizi bilmək, onu yad ünsürlərdən qorumaq üçün gənclərə dolğun tədris edilməsi qərara alınıb. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov