Qonağı
Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən
nazir Azərbaycanla Rusiya Federasiyası, eləcə də
Həştərxan vilayəti arasında digər sahələrlə yanaşı,
təhsil əlaqələrinin də uğurla inkişaf etdiyini bildirib.
Misir Mərdanov Azərbaycanın və Həştərxan vilayətinin
orta məktəbləri arasında əlaqələrin genişləndirilməsinin
əhəmiyyətinə toxunub, təhsil sahəsində gələcək
əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu
nəzərə çatdırıb.
Rusiya Federasiyası Həştərxan Vilayətinin təhsil və elm
naziri Qutman Vitaliy Aleksandroviç Azərbaycan ilə
Həştərxan vilayəti arasında təhsil sahəsində
əməkdaşlığın inkişafında maraqlı olduqlarını nəzərə
çatdırıb. Qonaq orta təhsil sahəsində əlaqələrin
inkişafı üçün əsası qoyulmuş zəmin üzərində qarşılıqlı
münasibətlərin daha da möhkəmləndirilməsinin
əhəmiyyətindən bəhs edib.
Həştərxan vilayətində orta məktəb şagirdlərinin
Azərbaycan dilini öyrənməsi məsələsinə toxunan Q.V.Aleksandroviç
bununla bağlı müvafiq işlərin görülməsinin nəzərdə
tutulduğunu söyləyib. Hər zaman Azərbaycana dost
münasibət bəslədiklərini vurğulayan qonaq təhsilin digər
pillələri üzrə də əlaqələrin inkişafının mümkünlüyünü
bildirib.
Misir Mərdanov irəli sürülən təkliflərin həyata
keçirilməsi üçün lazımi köməklik göstəriləcəyini qeyd
edib. Azərbaycan ilə Həştərxan vilayəti arasında təhsil
sahəsində əməkdaşlığın daha səmərəli inkişafı üçün işçi
qrupunun yaradılmasının məqsədəuyğun olduğunu nəzərə
çatdıran nazir qarşılıqlı əlaqələrin möhkəmlənməsi
yönündə atılacaq addımların dəqiq müəyyənləşdirilməsinin
zəruriliyinə diqqət çəkib.
Daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər
məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |