Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Dekabr 2012 - №49

 

Heydər Əliyev adına liseydə ulu öndərin anım günü keçirildi

 

Bakıdakı Heydər Əliyev adına liseydə müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım  mərasimi keçirildi. Tədbirdə liseyin müəllim-şagird kollektivi ilə yanaşı valideynlər və digər şəxslər də iştirak edirdilər. Öncə iştirakçılar liseyin qarşısında ümummilli liderin büstü önünə gül dəstəsi qoydular.  Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.

Tədbiri giriş sözü ilə açan liseyin direktoru, əməkdar müəllim Fikrət Xəlilov Heydər Əliyevin həyat və fəaliyyətindən, xilaskarlıq missiyasından, xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açdı. Liseyin məhz ümummilli liderin təşəbbüsü ilə tikilib istifadəyə verildiyini bildirən F.Xəlilov qeyd etdi ki, ulu öndərimiz Heydər Əliyev 4 iyun 2000-ci ildə Xətai rayonu ərazisində "Azərneftyağ" Neft Emalı Zavodunun fəhlə, qulluqçuları və mühəndis-texniki işçiləri üçün 18 mərtəbəli yaşayış binalarının istifadəyə verilməsində iştirak etmiş və bu ərazidə yeni bir  ümumtəhsil məktəbinin inşa edilməsini tövsiyə etmişdir. Ulu öndərimizin tövsiyəsinə və göstərişinə əsasən, neftçilərin yaşadığı binalara yaxın ərazidə bu mötəbər təhsil müəssisəsi inşa edilmişdir. Bildirildi ki, Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində təhsilə böyük diqqət və qayğı göstərmişdir. Ümummilli liderin 1969-cu ildə hakimiyyətə gəldikdən sonra respublikamızda təhsil sahəsində intibah və tərəqqinin əsasının qoyulduğunu bildirən F.Xəlilov Heydər Əliyevin milli tərbiyə və təhsilə dair nəzəri fikirlərindən, milli təhsil quruculuğunda həyata keçirdiyi misilsiz xidmətlərindən söz açdı. Ümummilli liderin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin onun siyasi kursunu uğurla davam etdirdiyi bildirildi.

Tədbirdə çıxış edən liseyin tarix müəllimi Hafiz Cabbarov Azərbaycan müstəqilliyinin bərpa edilməsində və möhkəmləndirilməsində, ölkəmizin inkişafında, dünya dövlətləri tərəfindən tanınmasında ulu öndər  Heydər Əliyevin böyük rolundan söz açdı. Heydər Əliyevin xalqına olan sevgisindən danışan H.Cabbarov bildirdi ki, XX əsrdə Azərbaycan xalqının tarixində ən böyük nailiyyəti müstəqil dövlətimizin yaradılmasıdır. Bu müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək kimi missiyaları uğurla həyata keçirən Heydər Əliyev qısa zaman kəsiyində iqtisadi qüdrətimizi artıraraq respublikamızı regionda nüfuzlu  bir dövlətə çevirmişdir. Məhz ulu öndərin müdrik daxili və xarici siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə tanınmış və böyük dövlətlərlə strateji tərəfdaşlıq etmişdir.

Sonra şagirdlərin ifasında ümummilli liderə həsr olunan mahnılar və şeirlər səsləndirildi. Liseyin IX sinif şagirdi  Minayə Abdullayevanın ifasında xalq şairi Zəlimxan Yaqubun yazdığı "O həyatı sevirdi" şeiri iştirakçılar tərəfindən maraqla qarşılandı. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov