Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Dekabr 2012 - №49

 

Şagirdlər İKT biliklərinə dərindən yiyələnirlər

 

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində paytaxtın ümumtəhsil müəssisələrində bir çox işlər görülmüş, uğurlu layihələr həyata keçirilmişdir.

Bakıdakı 61 nömrəli tam orta məktəbin direktoru Zenfira Şıxəliyeva bildirdi ki, istənilən sahəyə çox asanlıqla nüfuz edən İKT-nin  dərindən mənimsənilməsi  informasiya cəmiyyətinin əsas tələblərindəndir.   Qeyd olundu ki, təhsil ocağında 3 informatika otağı  yaradılmış və bu otaqlarda  50 kompüter quraşdırılmışdır. Məktəb mərkəzləşdirilmiş İnternet şəbəkəyə qoşulub. İnformatika və digər fənn müəllimləri I-XI siniflərdə dərslərini informatika otaqlarında  keçirlər.

242 nömrəli tam orta məktəbin direktoru  Akif Rəsulov söylədi ki, burada  İKT-nin tətbiqinə geniş yer verilib. Bu məqsədlə təhsil ocağında İKT ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki,  İKT-dən  bacarıqla istifadə edən müəllimlərin iş təcrübəsi yayılmış və  İKT biliklərini artırmaq  məqsədilə  siniflərarası yarışlar təşkil edilmişdir. Nəticədə şagirdlər arasında İKT-yə həvəs əvvəlki illərlə müqayisədə xeyli artmışdır.  

250 nömrəli tam orta məktəbin direktoru Nazim Adıgözəlov da  məktəbin İnternet şəbəkəyə qoşulduğunu dedi. Bildirdi ki, məktəbdə işləyən müəllimlərin əksəriyyəti İKT biliklərinə dərindən yiyələnmək üçün kurslardan keçib. Bu gün  fənn müəllimlərinin dərslərdə İKT-dən bacarıqla istifadə etməsi  sayəsində şagirdlər  İKT biliklərinə  dərindən yiyələnirlər. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov