Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Dekabr 2012 - №49

 

NDU-da elmi konfrans

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günləri ərəfəsində Naxçıvan Dövlət Universitetində bu il də ənənəvi silsilə tədbirlər keçirilir. Heydər Əliyev Universitetinin növbəti məşğələsi, fakültə elmi konfransları, kitab və rəsm sərgiləri, müxtəlif idman yarışları ulu öndərin xatirəsinə dərin ehtiramın ifadəsidir. Belə silsilə tədbirlərdən olan ümumuniversitet elmi konfransı isə Naxçıvan şəhərindəki Heydər Əliyev muzeyində  təşkil olunmuşdu. Konfransdan oncə ümummilli liderin möhtəşəm abidəsi ziyarət edildi.

Konfransı giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli açaraq ulu öndər Heydər Əliyevin siyasət nəhəngi olduğunu vurğuladı, onun Azərbaycanın milli müstəqilliyinin qorunmasında, beynəlxalq sferada tanınmasındakı misilsiz xidmətlərindən danışdı. Qeyd olundu ki, məhz ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində Azərbaycançılıq məfkurəsi müstəqil dövlətimizin ümummilli ideologiyasına çevrilmişdir. Bu böyük siyasətin bu gün də uğurla davam etdirilməsi sayəsində Azərbaycan hərtərəfli dinamik inkişaf yolundadır. Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev ideologiyasına sədaqətin bariz nümunəsi isə müasir, misligörünməmiş inkişaf yolu keçmiş bugünkü Naxçıvandır.          

Konfransda universitetin beynəlxalq münasibətlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent  Şamxal Məmmədovun "Müstəqil Azərbaycanın xilaskarı", bələdiyyə və turizm kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Hafiz Hüseynovun "Heydər Əliyevin dövlətçilik konsepsiyası", YAP Universitet Gənclər Təşkilatının sədri, beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin fransız dili ixtisası üzrə II kurs tələbəsi Aytən İsmayılovanın "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzularında məruzələri dinlənildi. Məruzələrdə qeyd olundu ki, Azərbaycan xalqı üçün liderlik və xilaskarlıq missiyası yerinə yetirən dahi öndər Heydər Əliyev nəinki Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etmiş, uzaqgörən daxili və  xarici siyasəti ilə ölkənin hərtərəfli tərəqqisinə nail olmuşdur. Bu gün beynəlxalq səviyyədə kifayət qədər siyasi nüfuz və müttəfiq qazanmış Azərbaycan inkişaf etmiş dövlətlər sırasına daxil olmaqdadır. 

Konfransın sonunda muzeylə tanışlıq oldu. 

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov