Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycanın
qabaqcıl təhsil ocaqlarından biri sayılan, ölkədə
mühəndis kadrlarına, eləcə də informasiya-kommunikasiya
texnologiyaları və texnikanın digər müasir sahələri üzrə
mütəxəssislərə tələbatın ödənilməsində mühüm rolu olan
Azərbaycan Texniki Universitetinin binasının əsaslı
təmiri və bərpası məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Texniki Universiteti binasının əsaslı
təmiri və bərpası üçün Azərbaycan Respublikasının
2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan
Texniki Universitetinə ilkin olaraq 3,5 milyon (üç
milyon beş yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu
sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 dekabr 2012-ci il |