Noyabrın 16-17-də Bakıda bədii gimnastika üzrə 19-cu
Azərbaycan birinciliyi keçirilib.
Bakı Olimpiya İdman Kompleksində təşkil olunmuş
yarışlarda 1997, 1999, 2001, 2002, 2003-cü və 2004-cü
illər təvəllüdlü 93 nəfər gimnast iştirak edib.
Bu yarışlarda "Neftçi", Bakı Gimnastika Məktəbi,
Respublika Kompleks İdman Məktəbi, "Spartak", Daxili
İşlər Nazirliyinin İdman Cəmiyyəti, "Sərhədçi", "Bakı"
peşəkar idman klublarının və Nizami rayonunun
Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin gimnastları ilə
yanaşı, Xırdalan, Gəncə, Qusar və Sumqayıt idmançıları
da mübarizə aparıblar.
Azərbaycan birinciliyi uğrunda mübarizə aparan
1997-1999-cu illər təvəllüdlü gimnastlar arasında qızıl
medal Ləman Dadaşovaya, gümüş və bürünc medallar isə
Yekaterina Prokopenkoya və Bahar Əsgərovaya təqdim
edilib.
Yarışda 2000-2001-ci illər təvəllüdlü gimnastlar
arasında Ruqiyyə Səttarova birinci, Nataliya Quluyeva
ikinci, İlahə Məmmədova isə üçüncü olub.
2002-ci il təvəllüdlü gimnastlar arasında Vəfa Həsənzadə
ən yaxşı nəticə göstərərək birinci olub. Dara Sorokina
və Ləman Hacıyeva ikinci və üçüncü yerlərdə qərarlaşıb.
Birincilikdə 2003-cü il təvəllüdlü gimnastlar arasında
isə birinci yeri Aydan Ağayeva, ikinci yeri Ləman
Hüseynova, üçüncü yeri Darya Farşbafşəhriyari tutub.
Turnirdə 2004-cü il təvəllüdlü idmançılar arasında isə
ilk üç yerə müvafiq olaraq Lalə Kramarenko, Nərmin
Səmədova və Arzu Cəlilova layiq görülüblər.
Rəşad ZİYADOV |