Kiçikyaşlı
uşaqların sevimli jurnalı olan "Göyərçin"in 11 və 12-ci
nömrələri artıq çapdan çıxıb. Jurnalın bu nömrələri öz
nəfis tərtibatı, dərc olunmuş yazılarının mövzu və janr
rəngarəngliyi ilə seçilir.
Dərginin 11-ci nömrəsinin 2-ci və 3-cü səhifələrində
sevimli şairimiz Rafiq Yusifoğlunun 6 noyabr -
Azərbaycan Televiziyası və Radiosu Gününə, 9 noyabr -
Azərbaycan Dövlət Bayrağı Gününə, 6 noyabr - Bakı
metrosunun işə başladığı günə (1967), 12 noyabr -
Konstitusiya Gününə, 17 noyabr - Milli Dirçəliş Gününə
həsr olunmuş bir-birindən maraqlı şeirləri dərc olunub.
Bu nömrədə xalq yazıçısı Hüseyn Abbaszadənin 90 illik
yubileyi münasibəti ilə müəllifin kiçikyaşlı uşaqlar
üçün yazdığı "Əkizlər", "Nərgiz və Nərgiz gülü"
hekayələri, Mir Sabirin və özbək şairi Tursunboy
Adaşbəyevin şeirləri, yazıçı Əli Vəliyevin "Babanın
sevimli valı" hekayəsi, Günel Almazın "Yağış dili",
"Kəpənəyin hədiyyəsi", "Çiçəklərin yuxusu" və "Ağıllı
ayaqqabı", Fidan Nizaməddinqızının "Sərçənin arzusu" və
"Həcc yolunda" adlı hekayələri də balaca oxucuları
düşündürən mövzularda yazılmış əsərlərdir.
"Göyərçin"in 12-ci nömrəsində verilmiş şeirlər,
hekayələr bərabər uşaq rəsmləri, bütün yazıları müşayiət
edən şəkillər, "Təbiət guşəsi", "Özün rənglə" və s.
nümunələr bu nömrənin məzmununa əlvanlıq gətirir.
İnanırıq ki, jurnalın hər iki nömrəsi balacaların çox
xoşuna gələcək.
ƏDALƏT |