Məktəbdə xarici dilin təlimi əsas bir məqsəd daşıyır:
xarici dil dərslərində şagirdlərin kommunikativ
kompetensiyasını inkişaf etdirmək.
Kompetensiya konkret bir məsələnin yerinə yetirilməsi
üçün lazım olan bacarıqdır. O, bacarıqların, biliyin
birliyini özündə əks etdirir. "Competence" sözü "to
compete" felindən əmələ gələrək "yarışmaq" mənasını
verir, daha dəqiq ifadə etsək, "yarışmaq bacarığı" kimi
tərcümə oluna bilər.
Kommunikativ kompetensiyalar şəxsi cəhətlərin və
imkanların insanın kommunikativ fəaliyyətini təmin edən,
eləcə də dil və dildənkənar bilik və bacarıqların
məcmusudur.
Kommunikativ kompetensiya dilə praktik yiyələnmə olub
aşağıdakıları əks etdirir:
- yalnız deklarativ xarakterli deyil, həm də prosessual
xarakterli "biliyi";
- kommunikativ kompetensiyanın bütün komponentləri
bir-biri ilə bağlıdır;
- kommunikativ kompetensiyanın kompo
nentləri yalnız linqvistik mahiyyət daşımır. Bura
şagirdlər tərəfindən mətnlərin qurulması və dərk
edilməsi bacarığı, kommunikativ məzmunun dəqiq
mənimsənilməsi, nitq ünsiyyətinin məqsədinə nail olmaq
və müxtəlif mədəni ənənələrə malik xalqların
nümayəndələri ilə qarşılıqlı əlaqə qurmaq bacarığı
daxildir.
Məntiqi baxımdan, mətnin düzgün qurulması və
tamamlanması hələ xarici dilə səriştəli yiyələnmə demək
deyildir. Kommunikativ kompetensiya şagirdin öz fikrini
digərlərinin anlayacağı səviyyədə düzgün və dəqiq ifadə
etməsinə zəmin yaradır.
Kommunikativ kompetensiyanın bu komponenti praqmatik
komponent adlanır.
Kommunikativ kompetensiyanın mədəniyyətlərarası
komponenti ünsiyyətdə olduğun insanları etnik
mənsubiyyətinə və təhsilin səviyyəsinə görə tanımaq
imkanı yaradır.
Kommunikativ kompetensiyanın mədəniyyətlərarası
komponenti sosiolinqvistik və sosiomədəni bilikləri
birləşdirir ki, bu da şagird şəxsiyyətinin hərtərəfli
inkişafı, milli mənsubiyyət hisslərinin möhkəmlənməsi,
kommunikativ təcrübənin zənginləşməsi, digər
mədəniyyətlərə tolerant münasibətin formalaşması və
öyrənilən dil vasitəsilə səmərəli ünsiyyətin qurulması
üçün imkan yaradır.
Məlum olduğu kimi, ünsiyyət nitq fəaliyyətinin müxtəlif
növləri (nitqi dinləyib anlama, danışma, oxuyub anlama
və yazı) vasitəsi ilə yaradılır. Məktəbdə şifahi nitqə
və oxuya üstünlük verilməlidir. Yazı isə əsas kursda
şifahi nitq və xüsusilə oxu vərdiş və bacarıqlarının
formalaşdırılmasından ötrü vasitə kimi qəbul
edilməlidir.
Aşağı siniflərdə dildən ünsiyyət vasitəsi kimi istifadə
etmənin təməli qoyulur. Bu mərhələdə şagirdlər yaş
marağına uyğun mövzular ətrafında fikir mübadiləsi
aparmağı və asan mətnləri oxuyub anlamağı bacarmalı,
eyni zamanda elementar yazı vərdişlərinə
yiyələndirməlidirlər. Orta və yuxarı mərhələlərdə əsası
qoyulmuş nitq vərdiş və bacarıqları daha zəngin dil
materialı əsasında inkişaf etdirilərək təkmilləşdirilir.
Təlim prosesində müstəqil işləməyi, lüğətdən və digər
məlumat mənbələrindən sərbəst istifadə etməyi öyrətmək
xarici dil təlimi qarşısında duran ən vacib vəzifələrdən
hesab edilməlidir.
Mən dərs dediyim siniflərdə bacardığım qədər bu
vəzifələrin öhdəsindən gəlməyə çalışıram.
Rübabə HACIYEVA,
ERA tam orta məktəbin ingilis dili müəllimi
|