Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

Milli Məclisin deputatı Aydın Mirzəzadənin "Qarabağ düyünü" kitabının təqdimat mərasimi keçirildi

 

Dekabrın 5-də Bakıdakı 56 nömrəli  tam orta məktəbdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı  Aydın Mirzəzadənin "Qarabağ düyünü" kitabının təqdimat mərasimi keçirildi.   55  nömrəli tam orta məktəbin  təşkilatçılığı ilə keçirilən mərasimdə şagird və müəllim kollektivi  və KİV nümayəndələri iştirak edirdilər.

Tədbiri  55 nömrəli tam orta məktəbin  direktor müavini İradə  Dadaşova açaraq  Aydın Mirzəzadənin həyat və fəaliyyəti haqqında  qısa məlumat verdi.

Sonra məktəbin  tarix müəllimi  Zümrüd Həsənquliyeva  çıxış edərək bildirdi ki, millət vəkili Aydın Mirzəzadənin "Qarabağ düyünü" kitabı tarixilik baxımdan   çox maraqlı və dəyərli  tədqiqat əsəridir. Kitabda  ermənilərin Qarabağ torpaqlarında törətdikləri  vəhşiliklər   öz əksini tapıb. Sonra 56 nömrəli tam orta məktəbin tarix müəllimi Təranə Rüstəmova, 55 nömrəli tam orta məktəbin tarix  müəllimi  Ülviyyə İsmayılova və  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  nümayəndəsi Qənirə Sultanova kitab barədə öz fikirlərini  söylədilər. Mərasimdə 56 nömrəli tam orta məktəbin  direktoru  Hicran Qarabəyli  də "Qarabağ düyünü" kitabı haqqında  fikrini bildirdi.  Qeyd etdi  ki,   kitabda Dağlıq Qarabağ bölgəsinin tarixi, problemin hazırkı vəziyyəti, Xocalı faciəsi - XX əsrdə dünyanın ən ağır qətliamlarından biridir və s. kimi  fəsillərin tərkibində və müxtəlif başlıqlarda erməni təcavüzünə dair  əsaslı bilgilər yer alıb. Aydın Mirzəzadə  problemə həm  tarixçi, həm siyasətçi, həm  millət vəkili kimi, həm də bütün zamanlarda öncə insanın taleyini düşünən bir yazıçı kimi  yanaşıb.

Çıxışlardan sonra  söz  "Qarabağ düyünü" kitabının müəllifi, millət vəkili Aydın Mirzəzadəyə verildi.  Müəllif  kitab barəsində öz fikirlərini   deyərək bildirdi ki, Azərbaycan xalqının 20 ildən çoxdur ki,  yaşadığı Dağlıq Qarabağ problemi hələ də qalmaqdadır. Erməni millətçi dairələrinin Azərbaycan torpaqlarına əsassız iddiası, 1988-ci ildə Xankəndi  hadisələri ilə  yeni  mərhələyə keçmiş, sonradan aktiv  müharibə mərhələsi ilə  davam etmişdir. Bu yolda Ermənistan keçmiş SSRİ-nin siyasi, iqtisadi və hərbi resurslarından hərtərəfli istifadə edə bilmişdir. Həmin dövrdə Azərbaycanda mürəkkəb daxili situasiyanın olması, ağır keçid dövrü, Azərbaycanın nüfuzlu siyasətçilərinin, ilk növbədə, görkəmli dövlət xadimi Heydər Əliyevin məqsədli şəkildə ictimai-siyasi proseslərdən uzaqlaşdırılması da Ermənistanın xeyrinə oldu.

Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal  edilməsi, I milyondan çox Azərbaycan vətəndaşının öz ölkəsində işğal nəticəsində məcburi köçkünə  çevrilməsi Ermənistan - Azərbaycan müharibəsinin ağır nəticələridir.

Natiq vurğuladı ki, Dağlıq Qarabağ problemi iki dövlət arasındakı münaqişədən çıxaraq beynəlxalq siyasətin gündəliyində aktual məsələyə çevrilmişdir. Artıq bütün dünya  fərqindədir ki, Ermənistanın beynəlxalq hüquq normalarına hörmət etməməsi, Azərbaycanın ərazi bütövlüyünü  tanımaması problemin həllini uzadır, regionun gərginlik ocağı kimi qalmasına şərait  yaradır. Ancaq Ermənistanın inadına baxmayaraq, problemin həlli artıq yetişmiş və bu problemi, ilk növbədə, Azərbaycan dövləti özü həll edəcəkdir. Buna onun müasir düşüncəsi, ciddi hazırlıq səviyyəsi və ədalətin həmişə qalib gəlməsi faktı imkan verəcəkdir. Müəllif  bildirdi ki, bütün bu məsələləri  qələmə aldığım "Qarabağ düyünü" kitabında yazmışam. Ümidvaram ki, ərsəyə gələn "Qarabağ düyünü" kitabı gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayacaq. Kitabı oxuyandan sonra hər bir şəxs çox həqiqətlərin şahidi olacaqdır.

Çalışacağam ki, "Qarabağ düyünü" kitabı xarici dövlətlərdə  çap edilsin.

Tədbirdə  şagirdlərdən Ülviyyə, Röya, Nəzrin, Sevinc və başqaları  Qarabağa aid şeir söylədilər,  mahnı oxudular və  videoçarx nümayiş edildi.

Sonda millət vəkili  Aydın Mirzəzadə "Qarabağ düyünü" kitabı ilə əlaqədar verilən sualları da cavablandırdı.

Tədbir diskussiya şəklində başa çatdı.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov