Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

AMİ-də "Heydər Əliyev fenomeni Azərbaycan gənclərinin qəlbində" mövzusunda tədbir keçirildi

 

Dekabrın 6-da Azərbaycan Müəllimlər İnstitutunda ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsində "Heydər Əliyev fenomeni Azərbaycan gənclərinin qəlbində" mövzusunda  tədbir keçirildi. Azərbaycan Müəllimlər İnstitutu və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdən öncə AMİ-nin rəhbərliyi, professor-müəllim heyəti, eləcə də idarənin məsul işçiləri, Nərimanov rayonu ərazisində yerləşən ali məktəblərin Tələbə Gənclər Təşkilatlarının (TGT) sədrləri və fəalları təhsil ocağında yaradılmış Heydər Əliyev Mərkəzini ziyarət etdilər.

Mərkəzin rəhbəri Nigar Aslanova ziyarətçilərə ulu öndərin həyat və fəaliyyətini əks etdirən müxtəlif sənədləri, eksponatları, əsərləri, fotoşəkilləri təqdim etdi. N.Aslanova məlumat verdi ki, Heydər Əliyev Mərkəzi Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlının təşəbbüsü və böyük qayğısı sayəsində  müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin ideyalarının parlaqlığının, əbədiliyinin təmin edilməsi, gələcək nəsillərə ötürülməsi məqsədilə yaradılmışdır. Təməli 2008-ci ildə qoyulan Heydər Əliyev Mərkəzi 2009-cu ildə istifadəyə verilmişdir. Mərkəz müasir üslubda tərtibatı, rəng çalarlarının ahəngi, işıqlandırma sisteminə görə respublikanın ali təhsil müəssisələri arasında bənzəri olmayan bir məkandır. Ulu öndərin möhtəşəm büstü mərkəzə xüsusi  yaraşıq verir. Yarandığı gündən bu günədək minlərlə qonaq qəbul edən mərkəz öz işini uğurla davam etdirməkdədir.

Mərkəz ziyarət edildikdən sonra tədbir institutun akt zalında davam etdi. Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan AMİ-nin tədris işləri üzrə prorektoru, dosent Razim Məmmədov respublikamızın bütün bölgələrində, şəhər və kəndlərində, təhsil və mədəniyyət ocaqlarında ilboyu xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş müxtəlif tədbirlərin, konfransların keçirildiyini, o dahi insanın xatirəsinə, adına, ideyalarına hörmət və ehtiram nümayiş etdirildiyini bildirdi. Prorektor qeyd etdi ki, təhsili millətin gələcəyi adlandıran ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın gələcəyini məhz gənclərdə görürdü. Hazırda dövlət başçısı cənab İlham Əliyev ümummilli liderimizin əsasını qoyduğu elm və təhsil siyasətini uğurla davam etdirir.

Sonra ulu öndərin Azərbaycanın müstəqilliyi, inkişafı və beynəlxalq aləmdə tanınması istiqamətində fəaliyyətini əks etdirən film nümayiş etdirildi.

Tədbir tələbələrin çıxışları ilə davam etdi. AMİ-nin Tələbə Gənclər Təşkilatının sədri Nərmin Ərəbli "Azərbaycanda gənclər strategiyasını yaradan dahi şəxsiyyət", sədr müavini Səbinə Əliyeva "Mən fəxr edirəm ki, azərbaycanlıyam", təşkilatın pedaqoji fakültə üzrə sədri Gülnarə Həsənova "Mədəniyyətimizin inkişafında Heydər Əliyevin rolu" və beynəlxalq əlaqələr departamentinin rəhbəri Anna Şelyudyakova "İdman sahəsinin inkişafında Heydər Əliyevin rolu" mövzularında məruzələrlə çıxış etdilər. Çıxış edən tələbələr, həmçinin müxtəlif şeirlər də səsləndirdilər.

Sonda ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət videoçarx nümayiş etdirildi və AMİ Tələbə Gənclər Təşkilatının bütün qrup rəhbərləri "Xalq Heydər söyləyəcək" mahnısını xorla ifa etdilər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov