Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

"Peşə təhsili və təlimində islahatlar - hazırlıq mərhələsi" mövzusunda seminar

 

 Noyabrın 27-də "Peşə təhsili və təlimində islahatlar - hazırlıq mərhələsi" adlı seminar keçirilib.

Qeyd edək ki, 2010-cu ildə Avropa Birliyi və tərəfdaş ölkələrin iştirakı ilə peşə təhsili və təlimi sahəsində üzv və tərəfdaş ölkələrdə həyata keçirilən islahatlara dəstək olmaq, həmçinin işəgötürən təşkilatlarla təhsil müəssisələri arasında səmərəli əməkdaşlıq modelinin inkişaf etdirilməsi məqsədilə Avropa Təhsil Fondu tərəfindən "Turin Prosesi" adlı sənəd qəbul edilib. "Turin Prosesi"nin əsas məqsədi peşə təhsili və təlimi sahəsində son 2 ildə həyata keçirilən islahatlar nəticəsində əldə edilən nailiyyətlərin ayrı-ayrı ölkələr üzrə müqayisəsini aparmaqla uğur və çatışmazlıqları müəyyənləşdirmək, ümumi inkişaf strategiyasının formalaşmasına yardımçı olmaqdır.

Avropa Təhsil Fondu, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "Savadlı Cəmiyyət" Müasir Təhsilə Dəstək İctimai Birliyi tərəfindən təşkil olunmuş seminarda Azərbaycanda həyata keçirilən peşə təhsili islahatının nəticələri müzakirə edilib.

Seminarda çıxış edən Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov ölkəmizdə texniki peşə təhsili sahəsində həyata keçirilən islahatlar barədə danışıb, "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" çərçivəsində həyata keçirilən işlər və əldə edilən nəticələr barədə məlumat verib.

Avropa Təhsil Fondunun eksperti Arien Dey "Turin Prosesi" çərçivəsində Azərbaycan və digər ölkələrdə peşə təhsili sahəsində həyata keçirilən islahatların müqayisəli təhlilinə toxunub. O, respublikamızda bu sahənin inkişaf etdirilməsinə təsir göstərəcək işlərin əhəmiyyəti barədə fikirlərini bildirib.

Avropa Təhsil Fondunun Peşə Təhsili və Təlimi Sistemi üzrə baş məsləhətçisi Manfred Vallenborn "Turin Prosesi"nin əhəmiyyəti və mahiyyəti haqqında söz açıb.

Seminarda peşə təhsili və təlimi sahəsində islahatın gücləndirilməsi məqsədilə işəgötürənlər və təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, sosial əməkdaşlığın inkişaf etdirilməsi üzrə strategiyanın hazırlanması, istehsal müəssisələri ilə təhsil sistemi arasında əlaqələri tənzimləmək üçün dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının təmsilçilərindən ibarət əlaqələndirmə şurasının yaradılması məsələləri müzakirə edilib. Tədbirdə, həmçinin işçi qüvvəsinin əmək bazarının tələbatlarına uyğun olaraq ixtisasının artırılması, müvafiq ixtisaslaşdırılmış institutların qurulması, ixtisasların akkreditasiyası və sertifikatlaşdırılması üçün Milli İxtisas Çərçivəsinin hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov