Bakı
Dövlət Universitetinin rektoru, akademik Abel
Məhərrəmov Türkiyə Respublikasının ölkəmizə yeni təyin
edilmiş səfiri İsmail Alper Coşkun ilə görüşüb. Səfirə
universitet haqqında məlumat verən akademik Abel
Məhərrəmov əsasən Türkiyə universitetləri ilə
əməkdaşlıqdan, BDU və Ankara Universiteti arasında
imzalanmış və ikili diplom verilməsini nəzərdə tutan
müqavilədən danışıb.
Bakı Dövlət Universiteti ilə Türkiyə universitetləri
arasında münasibətlərdən məmnunluq ifadə edən səfir
İsmail Alper Coşkun bu əməkdaşlığın daha da inkişafında
maraqlı olduqlarını diqqətə çatdırıb.
Sonra qonaq BDU-nun elmi-tədqiqat laboratoriyalarında
olub.
BDU-nun Mətbuat və informasiya şöbəsi |