Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

Uşaq hüquqları üzrə pilləli tədris sistemi orta ümumtəhsil məktəblərində tətbiq olunur

 

Ombudsman Aparatı ilə Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Bakı şəhərinin 11 rayonunun orta ümumtəhsil məktəblərində keçirilən uşaq hüquqları üzrə pilləli tədris sisteminə yekun vurulmuş və uşaq hüquqlarının tədrisi mərkəzlərinin yaradılmasına başlanılmışdır.

Ombudsman Aparatından AzərTAc-a bildirmişlər ki, paytaxtın 190, 150, 258, 292 və 149 nömrəli orta ümumtəhsil məktəblərində bu proqramı uğurla bitirmiş şagirdlərin və müəllimlərin təltifolunma mərasimi keçirilmişdir.

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsinin nəzərdə tutulduğunu   diqqətə  çatdırmışdır. O bildirmişdir ki, uşaqların iştirakı ilə gerçəkləşdirilən, müvafiq modullar əsasında tətbiq olunan bu layihə orta məktəblərdə uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsində, ictimai fəallığının artırılmasında, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayır. Hazırda Quba, Qusar, Lənkəran, Masallı, Füzuli, İmişli, Gəncə, Mingəçevir şəhər və rayonlarında, kənd məktəblərində bu tədris sistemi həyata keçirilir.

Mərasimdə çıxış edən məktəb direktorları, müəllimlər bu tədris sisteminin əhəmiyyəti və uşaqlara qazandırdığı bacarıqlar barədə öz fikirlərini bildirmişlər.  Tədbirlərdə şagirdlər səhnəciklər nümayiş etdirmiş, şeirlər oxumuşlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov