Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Noyabr 2012 - №47

 

Azərbaycan alimi Daşkənddə keçirilən Beynəlxalq konfransda iştirak edib

 

YUNESKO-nun qərarı ilə 2002-ci ildən etibarən hər il noyabr ayında "Beynəlxalq Fəlsəfə Günü" qeyd olunur. Dünyanın 70-dən artıq ölkəsində fəlsəfə günü ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir. Bu günlərdə Özbəkistanın paytaxtı Daşkənd şəhərində beynəlxalq elmi konfrans keçirilmişdir. Həmin konfransda Astara Pedaqoji Kollecinin direktoru, Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü, respublikanın əməkdar müəllimi, fəlsəfə doktoru, dosent Əlihəsən Həmzəyev də iştirak etmişdir. Konfransın plenar iclasında Ə.Həmzəyev "Hüquq mədəniyyətinin sosial-hüquqi aspektləri" mövzusunda məruzə etmişdir. Daşkənddən qayıtmış Əlihəsən Həmzəyev konfrans barədə aşağıdakıları söylədi:

 - Daşkənd şəhərində Teymurilər Muzeyinin konfrans zalında Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin YUNESKO və digər tərəfdaşlarla birlikdə təşkil etdiyi "Gələcək sivilizasiya: Fəlsəfi yanaşma" mövzusunda beynəlxalq elmi-praktik konfrans Özbəkistan Respublikası Konstitusiyasının 20 illik yubileyinə və Beynəlxalq Fəlsəfə Gününə həsr edilmişdi. Konfransın işində Özbəkistan, Rusiya, Ukrayna, Belarus, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin elmi mərkəzlərindən gəlmiş alimlər iştirak edirdilər. YUNESKO-nun Özbəkistandakı nümayəndəsi Krista Pikatt bu qurumun baş katibinin konfrans iştirakçılarına təbrikini oxudu.

Konfrans iştirakçıları öz çıxışlarında müasir sivilizasiyanın aktual problemlərini göstərməklə yanaşı onların həlli yolları barədə də fikirlərini söylədilər. Ümumiyyətlə, konfransın gedişində müasir dövrdə insanları düşündürən və maraqlandıran çox mühüm aktual məsələlər - XXI əsrin ikinci onilliyinin başlanğıcında sivilizasiyada yeni qlobal dəyişikliklərin meydana gəlməsi, qloballaşmada sosial-iqtisadi proseslər kontekstində fəlsəfə elminin inkişafı, eləcə də bəşəriyyəti təhlükəyə aparan ekoloji təhlükəsizlik məsələləri, hüquqi mədəniyyət, humanizm fəlsəfəsi, müasir dünyada modernizasiya və qloballaşma prosesinin sosial-fəlsəfi aspektləri, XXI əsr cəmiyyətində mənəviyyat, ekoloji təhsilin təkmilləşdirilməsi problemləri, tələbə gənclərin elmə cəlb edilməsi və s. məsələlər əsaslı surətdə müzakirə edildi. Müzakirələr 6 bölmədə aparılırdı.

Xüsusi olaraq vurğulamaq istərdim ki, konfransda dünyanın tanınmış və görkəmli alimləri sırasında Azərbaycan Respublikasının nümayəndəsi olaraq məni də rəyasət heyətinə dəvət etmişdilər. Mənə plenar iclasda 15 dəqiqə çıxış etmək imkanı verdilər. Mövzumun adı "Hüquqi mədəniyyətin sosial-hüquqi aspektləri" adlanırdı. Çıxışımda qeyd etdim ki, müasir cəmiyyətin əsas məsələlərindən biri hüquqi şüurun formalaşmasıdır. Hüquqi şüurun vəziyyətinin dəyişməsi üçün mədəniyyətin baza dəyərləri dəyişilməlidir. Mədəniyyətin baza dəyərləri - insanların fəaliyyətini və davranışını yerinə yetirən həyati mənalardır. Həqiqətən də hüquqi mədəniyyət cəmiyyətin ümumi mədəniyyətinin ayrılmaz hissəsidir. Mədəniyyət bütövlükdə - cəmiyyətin mənəvi və maddi nailiyyətlərinin məcmusudur. Mədəniyyət kulturologiya elminin tədqiqat obyektidir. Amma hüquqi mədəniyyət indiki halda hüquq nəzəriyyəsi elminin tədqiqat obyektidir və özündə hüquqi və qeyri-hüquqi məsələləri birləşdirir. Beləliklə, hüquqi mədəniyyət təkcə hüquqi və qeyri-hüquqi institutları deyil, həm də onların keyfiyyətli vəziyyətini öyrənir. "Hüquqi mədəniyyət" anlayışını həm hüquqi və həm də mədəniyyət baxımından təyin etmək olar. Burada birinci yanaşma hüquqşünaslar üçün, ikinci yanaşma filosoflar üçün tipikdir.

Bir sözlə, XXI yüzilliyin ilk onilliyində elm, təbiət və insan haqqında qanunvericiliyin kompleks şəkildə sistemli inkişafını nəzərdə tutur. Konfransın yekunlarına əsasən fəlsəfi tədqiqatların müasir vəziyyəti, sivilizasiyanın inkişaf perspektivləri, Özbəkistanın müasir dünyada yeri barədə tövsiyələr qəbul olundu. Qeyd edim ki, ən yaxşı məruzəyə görə konfransın I dərəcəli diplomuna layiq görüldüm. Bundan əlavə, konfransın işində fəal iştirakıma görə mənə konfransın sertifikatı təqdim olundu. Sonda isə Özbəkistan Fəlsəfə Cəmiyyətinin fəxri fərmanı ilə təltif olundum. Mənə verilən təltifləri Azərbaycan elminə, Azərbaycan xalqına verilən qiymət kimi qəbul edir və böyük fərəhlə nail olduğum uğurları həmkarlarımla bölüşürəm.

Konfrans qurtardıqdan sonra ev sahibləri bizə öz ölkələrinin tarixi və mədəni abidələrini göstərdilər. Teymurilər Muzeyinin zəngin eksponatları ilə tanış olduq. Daşkənddəki Həzrət İmam məscidini ziyarət etdik. Səmərqənddə qədim tarixi və mədəniyyət abidələrinə baxdıq. Mən hər zaman, hər dəqiqə özümə olan diqqəti, hörmət və rəğbəti görəndə azərbaycanlı olduğuma görə, Azərbaycan vətəndaşı olduğuma görə fəxr edirdim.     

Azad ABDULLAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov