Naxçıvan Müəllimlər İnstitutunun Kurikulum Mərkəzində
təhsil şöbələrinin inspektor və metodistlərinin fənn
kurikulumlarının tətbiqi üzrə həftəlik seminarı
keçirilib. Seminarda institutun rektoru, professor Oruc
Həsənli və Kurikulum Mərkəzinin direktoru Rafiq Hüseynov
kurikulum islahatlarının əsas xüsusiyyətləri, fənn
kurikulumunun strukturu və məzmunu, məqsədi, onun
təsnifatı, ümumi təhsildə yeni qiymətləndirmə
mexanizmlərinin tətbiqi barədə çıxış ediblər. Vurğulanıb
ki, müəllimlər institutunda tam orta məktəb
müəllimlərinin ixtisasını artırmaq məqsədilə Naxçıvan
Muxtar Respublikası Təhsil Nazirliyi ilə birlikdə plan
hazırlanıb. Plana müvafiq olaraq hər ay fənn
müəllimlərinin aylıq və qısamüddətli kurs və
seminarlarının keçirilməsi planlaşdırılıb. Bu kurs və
seminarlarda müəllimlərin tədrislə əlaqədar ehtiyacları
nəzərə alınır, kurikulumla bağlı məsələlər müzakirə
olunur, eləcə də tədrisin səmərəliliyini artırmaq üçün
yaxından köməklik göstərilir.
O da diqqətə çatdırılıb ki, kurs və seminarlarda
institutun bu sahə üzrə mütəxəssisləri, təcrübəli
müəllimləri dərs demək üçün cəlb olunublar. Kursun
sonunda kurikulum və yeni təlim metodları ilə bağlı
elektron variantlar kurs və seminarlarda iştirak edən
müəllimlərə təqdim edilib.
Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti |