Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Noyabr 2012 - №47

 

"Vergilər və nağdsız ödənişlər" mövzusunda "açıq dərs"

 

Bakıdakı  69 nömrəli  tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı  müəllimi   Aidə Əliyevanın V "2" sinfində "Həyat bilgisi" fənnindən "Vergilər və nağdsız ödənişlər" mövzusunda "açıq dərs"i keçirildi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Bakı Şəhər Vergilər Departamentinin, Sabunçu Rayon İcra Hakimiyyətinin  nümayəndələri və digər qonaqlar iştirak etdilər.  "Açıq dərs"in müzakirəsi zamanı  məktəbin direktoru Xalıqverdi Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodmərkəzin direktoru Vahid Qurbanov, mərkəzin əməkdaşları Sitarə Məmmədova, Vəzuhə  Məmmədova, Bakı Şəhər Vergilər Departamentinin şöbə müdiri Məhərrəm Əmiraslanov, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arzu Məmmədova və digər ixtisas müəllimləri bildirdilər ki, şagirdlər mövzu üzrə  dörd  qrupa  bölünərək  yaxşı bilik nümayiş etdirdilər. Nəticədə dərs metodiki baxımdan milli kurikulumun tələb etdiyi standartlar əsasında yüksək səviyyədə keçdi. Müəllim dərs prosesində şagirdlərin fəallığını təmin etdi və keçdiyi mövzuya  dair əyani vəsaitlərdən bacarıqla istifadə etməklə fənlərarası inteqrasiya yaratdı. Dərs zamanı şagirdlərin əksəriyyəti  dərsdə daha  fəal iştirak etdilər.

Sonda Bakı Şəhər Vergilər Departamenti adından V "2" sinfində oxuyan  şagirdlərə  hədiyyələr  təqdim olundu.    

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov