C.Cabbarlının ev-muzeyində görkəmli satirik şair Mirzə
Ələkbər Sabirin 150 illik yubileyinə həsr edilmiş
tədbir keçirilib. Ziyalıların, ədəbiyyatşünas alimlərin
dəvət olunduğu tədbiri muzeyin direktoru Qəmər
Seyfəddinqızı açaraq satirik şairin zəngin
yaradıcılığından ətraflı bəhs edib. Çıxışda şairin
yaradıcılığında dövrün haqsızlıqlarından, avam
kütlələrin qəflət yuxusunda qalmasından,
savadsızlıqdan, cəhalətdən ustalıqla bəhs olunduğundan
söz açılıb. Sonra "Sabir inqilabi satiranın mübariz
bayraqdarıdır!", "C.Cabbarlı yaradıcılığında M.Ə.Sabir
ənənələri", "M.Ə.Sabir və "Molla Nəsrəddin" jurnalı
mövzularında məruzələr dinlənilib.
Tədbirdə Nizami rayonundakı Uşaq və Gənclər
Yaradıcılıq Mərkəzi dram dərnəyinin üzvləri
M.Ə.Sabirin satiraları əsasında hazırladıqları
ədəbi-bədii kompozisiyanı nümayiş etdiriblər. |