Naxçıvan
Dövlət Universitetində "Ümumi orta təhsilin müasir
problemləri" mövzusunda beynəlxalq elmi konfrans
keçirildi. Azərbaycan Respublikası Təhsil Problemləri
İnstitutu, Naxçıvan Müəllimlər İnstitutu ilə birgə
təşkil olunmuş konfransı NDU-nun rektoru, akademik İsa
Həbibbəyli açaraq Azərbaycanda, o cümlədən Naxçıvan
Muxtar Respublikasında təhsilin inkişafına göstərilən
diqqət və qayğıdan danışdı. Qeyd olundu ki, konfrans
modern təhsil sisteminin inkişafı, təhsilin ayrı-ayrı
sahələrinin əlaqələndirilməsi, yeni elmi metodologiyanın
tətbiqi, mövcud problemlərin araşdırılması və həlli
baxımından əhəmiyyət kəsb edir.
Konfransın plenar iclasında Naxçıvan Müəllimlər
İnstitutunun rektoru, Pedaqoji və Sosial Elmlər
Akademiyasının həqiqi üzvü, pedaqogika üzrə elmlər
doktoru, professor Oruc Həsənli "Naxçıvan Muxtar
Respublikası məktəblərində psixoloji xidmət:
nailiyyətlər və perspektivlər", Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri,
iqtisad üzrə fəlsəfə doktoru Firudin Qurbanov
"Turizm sahəsi üzrə kadr hazırlığı", pedaqogika üzrə
elmlər doktoru, professor Fərahim Sadıqov
"Şihabəddin Yəhya Sührəvərdinin tərbiyəvi fikirləri",
Azərbaycan
Respublikası Təhsil Problemləri İnstitutunun direktor
müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər
Abbasov "Yeni kurikulumlar
və təhsil sahəsində qiymətləndirmə", pedaqogika üzrə
elmlər doktoru Hümeyr Əhmədov "Azərbaycan
universitetlərinin ümumavropa təhsil və elm
məkanına
inteqrasiya prosesləri modernləşdirmənin tələbləri
kontekstində" movzularında məruzələr etdilər.
Məruzələrdə pedaqogika və psixologiyanın aktual
problemlərindən, bu sahədəki elmi yeniliklərdən, dünya
təcrübəsində özünü doğrultmuş modern metodlardan, milli
mənəvi dəyərlərə əsaslanan ənənəvi tərbiyə üsullarından
bəhs olundu.
Bölmə iclaslarından sonra konfransa yekun vuruldu.
Xatırladaq ki, beynəlxalq elmi konfransın materialları
ayrıca kitab şəklində nəşr olunmuşdur.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |