Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Noyabr 2012 - №47

 

İsveçrə Konfederasiyası Azərbaycanla təhsil sahəsində əməkdaşlıqda maraqlıdır

 

Noyabrın 26-da təhsil naziri Misir Mərdanov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Sabine Ulmann Şaban ilə görüşüb.

Misir Mərdanov qonağı Təhsil Nazirliyində görməkdən məmnun olduğunu bildirib. Yaxın günlərdə rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrə Konfederasiyasına gözlənilən səfəri barədə söhbət açan nazir ölkələrimiz arasında inkişaf edən əlaqələrdə təhsil sahəsinin mühüm yer tutduğunu nəzərə çatdırıb.

İsveçrədə təhsilin bütün pillələri üzrə müasir yeniliklərin uğurla tətbiq olunduğunu vurğulayan Misir Mərdanov bu təcrübə ilə tanışlığın əhəmiyyətli olacağına əminliyini ifadə edib. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 40 nəfər azərbaycanlı gəncin İsveçrə universitetlərinə göndərildiyini söyləyən təhsil naziri onların sayının artırılmasının mümkünlüyünü bildirib.

İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Sabine Ulmann Şaban səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Ölkəsinin Azərbaycanla bütün istiqamətlərdə, həmçinin təhsil sahəsində əməkdaşlıqda maraqlı olduğunu nəzərə çatdıran qonaq bu baxımdan təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrə Konfederasiyasına gözlənilən səfərinin əhəmiyyətinə toxunub.

İsveçrədə əcnəbi tələbələr üçün yeni təqaüd proqramının həyata keçirildiyini bildirən xanım Sabine Ulmann Şaban azərbaycanlı tələbələrin də bu proqramdan istifadə imkanlarının olduğunu söyləyib. Ali məktəb tələbələrinin bu proqram haqqında məlumatlandırılması üçün universitetlərdə görüşlər keçirmək istədiyini qeyd edən səfir, həmçinin   İsveçrənin təhsilin bütün pillələri üzrə Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib.

Misir Mərdanov Azərbaycanda Beynəlxalq Bakalavriat Proqramı üzrə tədrisin aparılması işinə isveçrəli mütəxəssislərin rəhbərlik etdiyini nəzərə çatdırıb, bu layihənin uğurla həyata keçiriləcəyinə inandığını deyib. Ölkələrimizin təhsil müəssisələri arasında birbaşa əlaqələrin yaradılmasının zəruriliyini bildirən nazir elmi-tədqiqat sahəsində də birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü nəzərə çatdırıb.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov