Gəncədə şagird sıxlığı olan 4 və 39
nömrəli orta məktəblərdə əlavə tədris korpuslarının
inşasına başlanılmışdır.
Gəncə Şəhər Təhsil İdarəsindən AzərTAc-a bildirmişlər ki,
hazırda 4 nömrəli məktəbdə 1800, 39 nömrəli məktəbdə isə
2 min şagird təhsil alır. Bu da həmin tədris ocaqlarında
bir sıra problemlər yaradır. Artıq yaxın vaxtlarda həmin
problem aradan qalxacaqdır. Belə ki, 4 nömrəli məktəbdə
940, 39 nömrəli məktəbdə isə 1200 yerlik əlavə tədris
korpusunun inşasına başlanılmışdır. Yeni tədris
korpuslarının gələn il istifadəyə verilməsi nəzərdə
tutulmuşdur.
Yaxın vaxtlarda yeni yaradılmış Cavad xan, Məhsəti,
Natəvan, həmçinin Gülüstan qəsəbələrində də yeni məktəb
binalarının tikintisinə başlanacaqdır. |